Kapital Bank 100 mln. manata yaxın mənfəət əldə edib - HESABAT | Banco.az

Kapital Bank 100 mln. manata yaxın mənfəət əldə edib - HESABAT

2018-ci il 1 yanvar tarixinə maliyyə nəticələrini açıqlayan Kapital Bank-ın mənfəətdə olduğu məlum olub. 

Belə ki, sözügedən dövrdə xalis faiz gəlirləri 181,646 mln. manat, xalis faiz xərcləri 13,232 mln. manat olan bankın xalis əməliyyat mənfəəti 168,415 mln. manat olub.

Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına 48,734 mln. manat ayırmalar edən Kapital Bank, 24,840 mln. manata yaxın mənfəət vergisi ödəyib. Sonda, bank 2017-ci ilin son rübünü 94,840 mln. manat xalis mənfəətlə başa vurub.

Kapital Bank-ın aktivləri 1 yanvar 2018-ci il tarixinə 3,2milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 1,8% artaraq 1,2 milyard manat olub.

Ən sərfəli kredit üçün müraciət et

Bankda müştəri depozitlərinin həcmi 1 yanvar 2018-ci il tarixinə 2,4 milyard manat olub. Əhalinin əmanətlərinin həcmi isə 836,9 milyon manat təşkil edib ki, hesabat dövrünün əvvəli ilə müqayisədə bu göstərici 6% çoxdur.

Bankın 1 yanvar 2018-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 299,9 milyon manat, nizamnamə kapitalı isə 185,9 milyon manat təşkil edir.