Müəllif: Tamara Mustafayeva, Banco.az
Stenford Universitetinin tədqiqatçıları “ChatGPT” tərəfindən idarə olunan virtual kainat yaradıblar.
Banco.az xəbər verir ki, bu yaxınlarda ABŞ-ın Kaliforniya ştatında yerləşən Stenford Universitetinin tədqiqatçıları “ChatGPT” tərəfindən dəstəklənən 25 virtual simvoldan ibarət platforma yaradıblar.
“ChatGPT” platformadakı personajların bütün hərəkətlərinin “OpenAI”nin süni intellekti tərəfindən müəyyən edildiyi simulyasiyada avtoritet rolunu öz üzərinə götürüb. Təxminən 2 gün davam edən simulyasiyada personajlar sanki eyni insan tərəfindən idarə olunurmuş kimi qarşılıqlı əlaqədə olub, dostluq edib və xəritəni kəşfə çıxıblar.
Simulyasiyada diqqəti çəkən digər məqam personajlar arasındakı dialoqların təbiiliyi olub. Simulyasiya zamanı personajlardan birinə ziyafət təşkil etməyə imkan verən bir xüsusiyyət əlavə edildikdə, “ChatGPT”nin qərarı ilə simulyasiya çərçivəsində əyləncə proqramı planlaşdırılıb, personajlar şənliyə dəvət edilib və musiqi dayandıqdan sonra personajlar evlərinə dağılıblar.
Bizi sosial şəbəkələrdən izləyin!!