Java-nı nə üçün indi öyrənmək lazımdır? | Banco.az

Java-nı nə üçün indi öyrənmək lazımdır?

Artıq bilirik ki, Java – Sun Microsistems şirkətinin tərəfindən işlənib hazırlanmış obyektyönümlü proqramlaşdırma dilidir. Zamanımızda 3 milyard mobil telefon və 125 milyon televizor Java-dan istifadə edir. Bu proqramlaşdırma dili ən yaxşı proqramlaşdırma dilləri sırasında hər zaman öndədir. Bundan əlavə, Java-nın «Write once, run anywhere» (bir dəfə yaz, hər yerdə işə sal) prinsipi ilə yaşayan çoxlu pərəstişi var.

Java çox populyar proqramlaşdırma dilidir. 1995-ci ildə işıq üzü görməsindən bu günədək onun 9 əsas versiyası buraxılmışdır. Java texniki fenomen olması əsasən onun hərtərəfli olması ilə bağlıdır: Java əlavələri istənilən əməliyyat sistemində və istənilən qurğuda işə düşə bilir. Qurğunun quruluşundan asılılığın olmamas və proqramların sadə, lakin etibarlı icra edilməsi onun əsas xüsusiyyətlərindəndir. Bütün bunları nəzərə alaraq biz sizə Java-nın tarixi, populyarlığı və son modifikasiyası haqqında maraqlı faktlarla tanış olmağı təklif edirik.

1) ABŞ-dakı on kompüterin doqquzunda virtual Java maşını quraşdırılıb. ABŞ-dakı korporativ kompüterlərin 97 faizində bu proqramlaşdırma dilindən istifadə olunur.

2) İlk əvvəl Java interaktiv televiziya üçün yaradılmışdır, lakin kabel televiziyası sənayesi onun istifadə etmək üçün kifayət dərəcədə inkişaf etməmişdir.

3) Bu proqramlaşdırma dili Jeyms Qoslinq tərəfindən işlənib hazırlanırdı və ilk əvvəl Qoslinqin ofisinin yaxınlığında bitən palıd ağacının şərəfinə Oak adlanırdı. Bir müddət sonra o, Java adını alaraq müştəri əlavələrinin (клиентские приложения) və server proqram təminatının yazılması üçün istifadə olundu. Öz son adını o, Java kofe növünün şərəfinə alıb. Məhz buna görə də onun rəsmi nişanında (официальная эмблема) içərisində buxarlanan kofe olan fincan təsvir edilir. Java proqramlaşdırma dilinin ilk əvvəl kofe maşınının proqramlaşdırılması üçün yaradıldığını və adının kofe maşınının adınından götürüldüyünü iddia edənlər də var.

Ən sərfəli kredit üçün müraciət et

4) Java proqramlaşdırma dilində işləyən proqroqramçının orta aylıq məvacibi 83 975 dollardır. Dünyada 9 milyon Java-proqramçısı var.

5) Tiobe.com saytının məlumatında deyilir ki, Java ən populyar proqramlaşdırma dilləri arasında ikinci yeri tutur. Birinci yer C proqramlaşdırma dilinə verilmişdir.

Məvacibin çox olduğu sahələrdə mütəxəssis olmaq və məhz həmin sahələri öyrənmək lazımdır. Java həmin sahələrdən biridir. Bu sahədə geniş imkanlar və innovasiyalar var.

Java proqramlaşdırma dili iri layihələrin işlənib hazırlanmasına istiqamətləndiyindən, onu iri şirkətlər və korporasiyalar çox  bəyənirlər. Java-proqramçılarının aldıqları məvacibin çox olması layihələrin işlənib hazırlanmasının ucuz başa gəlmısindən irəli gəlir: zamanın sınağından çıxmış bir çox alət və kitabxananın pulsuzdur, yaradılmış proqramlar isə istənilən platforma üçün yararlı və etibarlıdır.

itstep