İstehlak kreditlərinin artması yavaşlayıb | Banco.az

İstehlak kreditlərinin artması yavaşlayıb

Banklar tərəfindən əhaliyə ayrılan istehlak kreditləri (Bankların ev təsərrüfatlarına ayırdıqları xalis kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər xaric)) artır.

2018-ci ilin Avqust ayının sonunda istehlak kreditlərinin cəmi məbləği 3 milyard 181,5 milyon manata çatıb. Bu, cari ilin İyul ayının sonu ilə müqayisədə  47,3 milyon manat çoxdur. İyulun sonunda istehlak kreditləri 3 milyard 134,2 milyon manat təşkil etmişdi. İstehlak kreditləri İyulda 103,3 milyon manat artmışdı. Beləliklə, istehlak kreditlərinin artım sürəti azalıb.

İyuldakı artım 2018-ci ilin ötən dövründə qeydə alınmış ən böyük artım idi. Bu il istehlak kreditlərinin artımında ən böyük məbləğ İyuldan öncə Mayda qeydə alınmışdı.

Belə ki, istehlak kreditləri Yanvarda 54,2 milyon manat, Fevralda 1,2 milyon manat azalmış, Martda 43,4 milyon manat, Apreldə 47,4 milyon manat, Mayda 102,2 milyon manat, İyunda 24,1 milyon manat, İyulda isə 103,3 milyon manat  artmışdı.

2017-ci ilin sonu ilə müqayisədə isə istehlak kreditləri 312,3 milyon manat artıb.

İstehlak krediti – sahibkarlıq və ya peşə fəaliyyəti, habelə daşınmaz əmlakın əldə edilməsi və tikintisi ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxslərə verilən kreditdir. İstehlak kreditinin məqsədi şəxsi istehlakdır.

İstehlak kreditləri

2017 Dekabr -2 milyard 869,2 milyon manat

2018 Yanvar -2 milyard 815 milyon manat

2018 Fevral- 2 milyard 813,8 milyon amanat

2018 Mart- 2 milyard 857,2 milyon manat

2018 Aprel- 2 milyard 904,6 milyon manat

2018 May – 3 milyard 6,8 milyon manat

2018 İyun – 3 milyard 30,9 milyon manat

2018 İyul – 3 milyard 134,2 milyon manat

2018 Avqust - 3 milyard 181,5 milyon manat

 

Avqustda cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 103,2 milyon manat artaraq 4 milyard 977,7 milyon manata yüksəlib.

Avqustda ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər isə 55,9 milyon manat artaraq 1 milyard 793.1 milyon manata çatıb. 

Ötən ilin sonu ilə müqayisədə isə yanvar-avqust aylarında cəmi ev təsərrüfatlarına ayrılmış kreditlər (ipoteka krediti daxil olmaqla daşınmaz əmlakın tikintisinə və alınmasına ayrılmış kreditlər daxil) 371,2 milyon manat artıb. Artımın 84%-i istihlak kreditlərinin hesabına yaranıb.

İyul ayının sonu ilə müqayisədə Avqustda cəmi kreditlər 135,8 milyon manat artaraq 12 milyard 306.5 milyon manata qalxıb. Bu artımın 76%-i ev təsərrüfatlarına ayrılmış kreditlərin artması hesabına yaranıb.

8 ay ərzində isə cəmi kreditlər 548,7 milyon manat artıb. Artımın 312,3 milyon manatı və ya 57%-i istehlak kreditlərinin hesabına yaranıb. 

milyon manatla

İL

Cəmi

Ev təsərrüfatlarına

o cümlədən daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla)

2017 Dekabr

11757.8

4606.5

1737.3

Yanvar 2018

11656.1

4522.8

1707.8

Fevral 2018

11561.1

4575.3

1761.5

Mart 2018

11663.5

4635.1

1777.9

Aprel 2018

11815.8

4689.4

1784.8

May 2018

11945.5

4799.9

1793.1

İyun 2018

12105.6

4824.2

1793.3

İyul 2018

12170.7

4874.5

1740.3

Avqust 2018

12306.5

4977.7

1796.2

Ən sərfəli kredit üçün müraciət et

Marja.az