İstefa məktubunu necə yazmaq lazımdır? | Banco.az

İstefa məktubunu necə yazmaq lazımdır?

Uğurun ən böyük sirlərindən biri işdən nə vaxt ayrılmaq lazım olduğunu bilməkdir. Düzgün istefa məktubu ilə müdirlə əlaqələrinizə heç bir xələl yetirmədən, işdən ayrıla bilərsiniz.

- Düzgün şəkildə xəbər edin. Yerinizi doldurmaq üçün müdirinizə müvafiq zaman vermək sadə nəzakət qaydasıdır. Əgər işiniz mürəkkəbdirsə, müdirinizin dəyişikliyi yerbəyer etmək üçün vaxta ehtiyacı olacaq. Ən azı 2 həftədən öncə xəbərdar edin. 

- Təşəkkür edin. Nankor biri olaraq xatırlanmaq istəmirsinizsə bunu edin. İş zamanı olan xoş xatirələrinizi yazın. Bu işin sizin karyeranıza necə gözəl təsir etdiyini vurğulayın. 

- Peşəkar olun. Hörmətli və nəzakətli olun. Məktubunuzda hirsli və mübahisəli sözlərdən istifadə etməyin. Peşəkarsınız, buna görə də peşəkar kimi tərk edin. 

- «Sendviç texnikası»nda istifadə edin. Gediş xəbərinizi yumşaltmaq üçün müsbət şərhlər yazın. 

Nümunə: 
Hörmətli *** 
Son 3 il ərzində *** şirkətinizdə işləmək mənim üçün üstünlük idi. Bu məktub 2 həftə sonra üçün bildirişdir. Burada işlədiyim müddətdə qazandığım dəyərli təcrübə və praktik dərslər üçün sizə minnətdaram. 

Hörmətlə: *** Ad Soyad: ***

Ən sərfəli kredit üçün müraciət et