İşi əldə etmə yolları | Banco.az

İşi əldə etmə yolları

İş görüşləri işəgötürmə mütəxəssislərinin müştəri mövqeyində olduğu mühitlərdir. İş görüşündə siz satıcısınız və məhsul özünüzsünüz. Özünüzü uğurla "sata" bilsəniz, işi alarsınız. Bəs bunu necə etməli?

Bunun üçün bir sıra addımlar vardır:

1-ci addım.

Müraciət etdiyiniz şirkət haqqında məlumat toplamaq: 

- Kimlərlə işləyəcəksən? 
- Firmanın neçə yaşı var? 
- Neçə şöbədən ibarətdir? 
- Hansı vəzifəni özünə uyğun hesab edirsən?

Sizə maraqlı olan hər nə varsa, Google-a müraciət edə bilərsiniz. Bu sizə maraqlı gəlməsə də bunu edin. Çünki müsahibə və ya imtahanda qarşınıza çıxacaq. Müraciət etdiyiniz firma haqqında məlumat sahibi olmaq sizə müsbət dəyər qazandırar.

2-ci addım.

Açar suallara açar cavablar:

Ən çox verilən suallardan biriylə qarşılaşsanız və siz əvvəlcədən hazırlıqlı olsanız çox rahat olarsınız. 

Mütəxəssis sizdən, "Bizim firmanı seçmə səbəbiniz nədir?" deyə soruşduqda, əgər siz "Imm .. firmanızın adını çox eşitmişəm. İşə də ehtiyacım var. Böyük bir firmadır. Şərtlərinizin yaxşı olduğunu düşünürəm." desəniz şübhəsiz ki, təəsrüratlar heç də yaxşı olmaz. 

Ən sərfəli kredit üçün müraciət et

Lakin, hazırlaşıb getsəniz və məlumatlı formada, "Firmanızı seçmə səbəbim X markanızın Azərbaycan iqtisadi bazarında  60%-lik paya sahib olması və bu sahədə markalaşmış olmasıdır. Sizinlə işləməyin mənə yaxşı bir istinad təmin edəcəyini və karyeram üçün əhəmiyyətli bir pillə olacağını düşünürəm. 25 illik ailənizə daxil olduqda bu ailənin ayrılmaz bir parçası olmaq istəyirəm" desəniz, bu sizin haqınızda sadəcə müsbət fikir formalaşdırar.

Açar suallardan biri də, əvvəlki iş yeri ilə bağlı olan suallardır. Bu sualla qarşılaşdıqda olduqca, sakit davranmağa çalışın və əsla köhnə firmanı pisləməyin. 

Digər əsas sual isə, əmək haqqı istəyinizlə bağlı olan sualdır. Bir çox iş müraciəti işçinin maaş gözləntilərinə görə mənfi nəticələnir. Bu suala cavab vermək çox çətindir. Çalışın sualı siyasi formada cavablandırın. 

"Firmanızın bazara uyğun olaraq mənim şərtlərimi qoruyacağına inanıram" deyə bir cavab məncə tamamilə uyğundur. Daha təsirli bir cümlə də qurula bilər. Bu məsələdə azadsınız.

Günel Abduraxmanova / Banco.az