Universiteti bitirən kimi işə düzəldiyimiz və uzun müddət ərzində insanın bir müəssisədə çalışdığı vaxtlar artıq çoxdan geridə qalıb. İndi hər şey başqa cürdür. İndi yaxşı mütəxəssislər, öz keçmiş iş yeri ilə sağollaşıb, başqa bir yerə keçməyə hazırdır. Bunun üçün yetərli əsasların olması kifayətdir.
İşlədiyiniz yeri düzgün seçmədiyinizi necə başa düşmək olar və bunu müəyyən etmək üçün hansı meyarları istifadə etmək lazımdır – amerikalı biznesmen və General Electric-in sabiq direktoru Cek Uelç Linkedİn şəbəkəsində məhz bu haqda yazmışdır. O, həm də çoxsaylı bestsellerlərin müəllifi, jurnalist və Harvard Business Review-nun baş redaktorudur.
Hər səhər işə getmək istəyirsinizmi?
Özünüzə verməli olduğunuz ilk sual – hər səhər işə getmək istəyirsinizmi? Bu zaman sizdə hansı hisslər özünü büruzə verir – sevinc və ya qorxu? İş sizin üçün əhəmiyyətli və maraqlıdır, ya siz sadəcə əməkhaqqı üçün işə gedirsiniz? İşdədiyiniz yerdə öyrənməyə və inkişaf etməyə davam edirsiniz?
İşiniz sizə öz hədəflərinizə doğru getməyə kömək etmir
Siz özünüzə belə bir sual verməlisiniz – çalışdığınız kompaniyadakı iş sizin həyat prinsipləriniz və dəyərləriniz ilə uyuşurmu? Sizin işiniz daha çox səyahət etmək imkanı verirmi? Siz şəxsi həyat və iş arasındakı tarazlığı, balansı qoruya bilirsinizmi? Sizin ambisiya hədəflərinizi nəzərə alsaq, bu iş sizə istədiyiniz karyera irəliləyişi imkanlarını verirmi?
Həmkarlar ilə ünsiyyət
İş yoldaşlarınız ilə vaxt keçirmək sizin üçün xoşdur ya onlar sizi qıcıqlandırır? Sadəcə kollektiv xoşunuza gəlirsə və ya hər istirahət günü onlar ilə xoş vaxt keçirirsinizsə, bu hələ o demək deyil ki, sizin həmin işi tərk etməmək üçün əsaslı səbəbiniz var. Amma gününüzün 8-10 saatını birlikdə keçirdiyiniz insanlar ürəyinizcə deyilsə, əmin olun ki, zaman keçdikcə həmin kollektivi tərk etmək istəyəcəksiniz. Bəs onda nəyə görə, onsuzda kök salmaq fikriniz olmadığı bir kampaniyada münasibət qurmaq üçün əziyyət çəkəsiniz? Yaxşı olmazdı ki, bu münasibətləri uzun zaman çalışmaq istəyiniz bir şirkətdə qurasınız?
Bir ildən sonra özünüzü bu kampaniyada təsəvvür edə bilmirsiniz
Bir il ərzində daha yaxşı iş tapa bilərsiniz. Bir az düşünün, işlədiyiniz kampaniyada bir ildən sonra hansı mövqedə olacaqsınız? Düşünün, hansı işi görəcək, kimləri idarə edəcəksiniz, kiminlə işləməli olacaqsınız, sizi kim idarə edəcək? Sadəcə bir az daha uzağa nəzər salın. Əgər bu ssenari sizi kədərləndirsə və sizin gözləntilərinizə cavab verməsə, siz sadəcə öz səylərinizi heç bir irəliləyiş olmadan sərf etmiş olacaqsınız.
Bu suallarınız düzgün və ya yanlış cavabları mövcud deyil. Lakin onlar sizə öz dəyərli vaxtınızı nəyə sərf etdiyinizi anlamağa kömək edəcək. Siz bu kompaniyada işləmək istəyirsinizmi?
Həm də unutmayın ki, ilk narazılıq və çətlinlik yaranan kimi işdən qaçmağa dəyməz. Çünki istər-istəməz karyera nərdivanının hər hansı bir pilləsində elə məqam gələcək ki, siz iradə, dözümlülük və səbr nümayiş etməli olacaqsınız. Böhran dövründə sağ qalmaq, irəliyə çıxa bilmək, darıxıdırıcı tapşırıqlar üzərində işləmək və ağır dövrlərin öhdəsindən gəlmək karyera arzusu olan hər kəsi gözləyir. Amma sizi həqiqətən nəsə qane etmirsə, qalmağın mənası yoxdur. Qapını açın və gedin.
Könül Soltanova/Banco.az