İşdən qovulmaq istəmirsinizsə, bunları əsla deməyin | Banco.az

İşdən qovulmaq istəmirsinizsə, bunları əsla deməyin

Təriflənmək istəmir, qovulmağın yollarını axtarır və müdiri əsəbləşdirmək istəyirsinizsə, sizə təqdim etdiyimiz bu cümlələri bir yerə qeyd edin. Lazım olacaq. Yəni bunları müdirə desəniz, tez bir zamanda işdən qovulacaqsınız. Bundan əmin olun!

Taleyinizi həll edəcək həmin cümlələr hansılardır?

"Bu mənin işim deyil ki?!"

Müdiri işi kimin etdiyi deyil, işin edilib-edilmədiyi maraqlandırar.

"Çox işim var"

Həmişə bunu desəniz, işinizi çatdırmadığınız və tənbəl olduğunuz düşünülə bilər.

"Bu qədər tez bir zamanda bu işi çatdıra bilmərəm!"

Layihəni görməmiş "yox, tez bir zamanda onu bitirə bilmərəm, dediyiniz vaxt çox tezdir" demək düzgün deyil. Planınızı hazırlayın, işə başlayın, sonra artıq vaxt istəyə bilərsiniz.

"Mümkün deyil, olmaz!"

Bu cümlə buğaya qırmızı parça göstərmək kimidir. Necə olur olsun, siz işi görün. Müdirin gözündə işinizə görə pul alırsınız. Pulu sizə havayı vermirlər.

"Əvvəl də sınamışdıq, alınmadı" 

Ofisə yeni müdir gələndə sizə köhnə layihəni yenidən işləməyə verə bilər.  "Əvvəl də sınamışdıq, alınmadı", - desəniz, onu qəzəbləndirmiş olarsınız. Həm layihəni fərqli insanlar irəli sürdüyündən yəqin ki, fərqli düşüncələri də var. Müdirlər özündən əvvəl görülən işləri eşitməyi xoşlamaz.

Ən sərfəli kredit üçün müraciət et

"Biz onsuz da həmişə belə edirdik" 

İnsanların çoxu qaydalarda dəyişikliyi sevməz. Ancaq yeni gələn müdir öz qaydalarını tətbiq etməklə dəyişiklik etmək istəyəcək. "Biz həmişə belə edirdik, indi dəyişikliyə nə ehtiyac var?!" demək sizi müdirinizin gözündən sala bilər.

"Mən onunla işləmək istəmirəm!"

Çox ehtimal ki, xoşunuz gəlməyən insanın da sizdən xoşu gəlmir. Ancaq bu, işdir və qrup halında işləməli olursunuz. Şikayət etməkdənsə, işi tez bir zamanda bitirib xoşlamadığınız insandan canınızı qurtara bilərsiniz.

"Mən etmədim"

 Səhv sizin olduğu halda günahınızı başqalarının üstünə atmayın. Günahınız gec ya tez ortaya çıxar və bu halda daha pis vəziyyətə düşərsiniz. Səhvlərinizin məsuliyyətini öhdənizə götürün.

"Niyə elə oldu, heç başa dümədim"  

"Bilmirəm" kəlməsi müdirlər tərəfindən qəbul edilmir. Tez "bilmirəm" demək yerinə, yaxşıca düşünüb sonra cavab verin. 

"Pulumu artırmasanız, işdən çıxacam!"

Düşünməyin ki, siz işdən çıxsanız, aləm bir-birinə qarışacaq. Əksinə, siz getsəniz, yerinizə daha da böyük təkliflərlə başqa işçi tapmaq asandır və o zaman üzülən siz olacaqsınız. Buna görə artım istədiyinizdə nəyə görə buna layiq olduğunuzu da açıqlayın.