İş mühitində paxıllığı dəf etməyin yolları | Banco.az

İş mühitində paxıllığı dəf etməyin yolları

Paxıllıq – başqalarının uğurundan qaynaqlanan, neqativ hisslərlə müşahidə olunan psixi pozuntudur. Paxıllıq hissi adətən özünəgüvəni və özünü qiymətləndirmə hissi aşağı olan işçilərdə baş qaldırır.

Bu tip psixi pozuntuya necə qalib gələ bilərsiniz?

1. Paxıllıqla qısqanclıq anlayışlarını bir-birindən ayırın.

Sizin paxıllıq etməyinizi yoxsa qısqanmağınızı aydınlaşdırmaq çox vacibdir. Qısqanclıq sizin sahib olduğunuzu itirmək qorxusudur. Paxıllıq isə sizdə olmayan bilik, bacarıqlara, uğurlara sahiblənən bir kimsəyə olan neqativ reaksiyanızdır.

2. Paxıllığın sizə vurduğu zərbələri düşününün.

Paxıllıq aşağıdakı neqativ hallarla nəticələnə bilər:

  • Beyinin həddindən artıq neqativ fikirlərlə yüklənməsi, iş qabiliyyətinin aşağı düşməsi;
  • İşgüzar imicin aşağı düşməsi;
  • Professional və şəxsi münasibətlərin korlanması;
  • Aktiv və passiv aqressiyaların yaranması və realizasiyası;

3. Paxıllıq hissini keçirməyinizin səbəbini müəyyənləşdirin.

Ən sərfəli kredit üçün müraciət et

Həmin səbəbi özünüz üçün hədəf qoyun. Bu zaman sizin sərf etdiyiniz enerji, neqativdən pozitivə yüklənəcək.

4. Sizi xoşbəxt edəcək işlərlə məşğul olun.

Əgər paxıllıqdan əziyyət çəkirsinizsə, demək ki. xoşbəxt deyilsiniz.

5. Həmişə pozitiv düşünün!

Əgər düşünürsüzsə, siz uğursuz birisiniz, onda uğurlarınızı yuxuda belə görməyəcəksiniz.

6. Əgər yuxarıda qeyd edilənlər sizə kömək etmirsə, mütləq psixoteropevtə müraciət edin.

Paxıllıq ağıl üçün, gözün xəstələnməsi kimi bir şeydir. Paxıllıqdan ağıl “kor ola bilər”.

Şaheldiyev Süleyman