İş Həyatında Uğurlu Olmaq üçün 30 Məsləhət | Banco.az

İş Həyatında Uğurlu Olmaq üçün 30 Məsləhət

Uğurlu karyera qurmaq çox insanın arzusudur. Bəzən, karyera yolunda uğursuzluqlarla qarşılaşa bilirik, lakin bunlardan dərs çıxardıb yola davam etmək lazımdır.

Müvəffəqiyyət hədəflərinizə çatmaq üçün nə edəcəyimizi bilmək lazımdır. Bunun üçün “CEO kimi düşünmək: Zirvədə olmaq üçün 22 Qızıl Qayda” kitabından bəzi qeydləri sizinlə paylaşırıq.

1. Əzmli olun: Bir e-mail, bir telefon zəngi, bir xahiş ilə uğur qazanmaq olmaz.

2. Mütəmadi olaraq özünüzü inkişaf etdirin: Riskə gedin. Etdiyiniz səhvlər daha yaxşı öyrənməyinizə imkan verəcəkdir.

3. Danışmadan öncə düşünün: Sürətli düşünün, fasilə verin, daha sonra məsələyə uyğun olaraq danışın.

4. Səssiz olun: Danışmaqdan daha çox dinləyin. Az danışın, lakin bir neçə kəlimə ilə çox şey anladın.

5. Orijinal olun: Hər hansı bir vəziyyətdəki insanların çoxunun nə etdiklərini izləyin, diqqətlə müşahidə aparın və onların etdiklərini etməyin.

6. Düşünün: Dağın nə qədər yuxarısına çıxsanız, dırmanmaq o qədər çətinləşir. Burada önəmli olan şey yavaşlamaq və vəziyyət haqqında düşünməkdir.

7. Xırdalıqlara fokuslanmaq müvəffəqiyyət üçün həyati önəm daşıyır. Əgər xırdalıqlara diqqət etməsəniz, uduzarsınız.

8. Xırdalıqlara fokuslanmaq önəmsiz işlərlə məşğul olmaq anlamına gəlmir. Əksinə, böyük bir məsuliyyət almaq anlamına gəlir. Böyük şəkli itirməmək üçün ən kiçik detalı belə bilməyiniz lazımdır.

9. Nə qədər yüksəyə çıxsanız, böyük şəkli o qədər daha aydın görərsiniz. Bu vəziyyətdə xırdalıqlara fokuslanmağın lazımsız olduğunu düşünə bilərsiniz. Bu səhvdir. Tam əksinə. İdeala yaxın CEO-lara görə, nə qədər yuxarı çıxsanız da, xırdalıqlardan xəbərdar olmağınız o qədər daha kritik əhəmiyyətə sahib olar.

10. Bəzən özünüzü yaxşı hiss etməsəniz belə pozitiv və şən davranmaq məcburiyyətində olarsınız. Bir lider mübarizəyə başladığında çətin vəziyyətdə olduğunu hiss etdirməməlidir.

11. Siz nə qədər güclü olsanız, başqalarının da hörmətini qazanarsınız. Özününüzə olan hörmətiniz artar və vaxtı gəldiyində insanları idarə etmək qabiliyyətini qazanarsınız.

12. Cəsarətin heç bir alternativi yoxdur və siz onu qəlbinizdə hiss edərsiniz. O, sizə nə etməyiniz və nə deməyiniz lazım olduğunu izah edəcək. “Cəsarətli olmasanız, qələbə qazana bilmərsiniz”.

Tətbiq Etmək

13. Cəsarətli olun: Etmək istədiklərinizin siyahısını tutun və sonra bunları etməyə başlayın. Bu qədər sadədir.

14. Aktyorluğu bacarın: Rahat olmayanda belə sanki rahatmış kimi davranın.

15. Əgər insanların sizi dəstəkləmələrini istəyirsinizsə, onları dəstəkləyin. Daha aşağıdakılara qarşı sadiq olun və onlara inam verin.

Ən sərfəli kredit üçün müraciət et

16. Səhv etməyənlər ancaq ölülərdir. Əgər səhv etmirsinizsə, heç bir şey etmirsiniz deməkdir. Risk və xəta bir-birinə çox yaxındır.

17. Asan müvəffəqiyyətdən çox şey öyrənə bilmərsiniz; siz mübarizədən nəsə öyrənə bilərsiniz.

18. Rəqabət dünyasının qızıl qaydasını xatırlayın: Əgər siz onları vurmasanız, onlar sizi vuracaqlar, ilk vuran siz olun.

Körpülər Tikmək

19. Buraya qədər sıxılmadan oxuduğuna görə səndə fərqli şeylər var. Davam edin.

20. Öz komandanız üçün savaşmağa hazır olun: Tabeçiliyindəkilərə hörmət edin və onlara inanın.

21. Xətalarınızı qəbul edin: Əgər bir səhv etmisinizsə, bunu qəbul edin.

22. Maraq göstərin: Sual verin, sual verin və yenə də daha çox sual verin.

23. Rəqabətcil olun: Asan uğurlar üçün dualar etməyin.

24. Nə qədər uğurlu olsanız, sizdən xoşu gəlməyən insanların sayı o qədər artacaqdır.

25. Həyatda şans faktorlarından faydalanın. Ancaq, şansa inanmayın, bacarıqlarınıza inanın.

Zirvəyə Çıxmaq

26. CEO olmaq avtomobil yarışına bənzəyir. Döngələri necə dönəcəyinizi yaxşı bilməyiniz lazımdır. Hər bir döngə önəmlidir. Bir döngəni dönən zaman növbəti döngəni düşünməlisiniz.

27. Alkoqollu içkilər barəsində son dərəcə ehtiyatlı olun. Alkoqol içki artdıqca karyera riskləri də artır. İstisna olduğunuzu sanırsınızsa, yanılırsınız.

28. Həqiqət budur ki, rəhbərlər bəzən hələ qərarvermə mərhələsinə girmədən öncə qərarlarını vermiş olurlar. Nə tələb edilirsə, ya da vəziyyət nə olursa olsun cavab xeyrdir. Bir CEO belə demişdi: “Qapımın önündə içəri girən hər kəs üçün divarda bir lövhə var. Lövhədə “XEYR” yazılıb. Bu mənə böyük vaxt qazandırır. İnsanların 50%-i sual vermir, sual verənlərin 50%-i isə ikinci dəfə sual vermir, beləcə iş yüküm yarıya enir”.

29. CEO iclasa başlayarkən iclasdan qaçışı da düşünür: “Katibəmlə sabit bir anlaşmam var. Hər iclasın 45-ci dəqiqəsinə yaxın bir kağız gətirir. Kağızda bəzən heç bir şey yazılmır. Kağıza baxaram və icazə istəyib qalxaram”.

30. Forbes və Fortune jurnallarında CEO-nun işi haqqında dərc olunan məqalələrdə ən çox yazılan mövzulardan biri də əməliyyatları idarə etmək və quruma mənfəət qazandırmaqdır. Nextel CEO-su Joel Scheicher-in dediyi kimi: “Böyük bir sirr yoxdur. Yaxşı pul qazandıran CEO-larla pul qazandıra bilməyən CEO-lar arasındakı fərq hər kəsin bildiyi şeyləri nə qədər yaxşı edə bildiklərindədir”.

Moneta.az