İran prezidenti Həsən Ruhaninin başçılığı ilə toplanan Nazirlər Kabineti 90 ilə yaxındır istifadə olunan rəsmi pul vahidinin dəyişdirilməsinə qərar verib.
Publika.az xəbər verir ki, İran bundan sonra riyal yerinə tümən pul vahidindən istifadə edəcək.
Qərarın Parlament, ardınca isə Konsitutsiyanı Müdafiə Şurası üzvləri tərəfindən təsdiqlənməsi lazımdır.
Nazirlər Kabinetinin katibi Muhsin Hacı Mirzayinin açıqlamasına görə, qərar qüvvəyə minərsə, 1 tümən 10 riyal dəyərində olacaq.
İran rəhbərliyi pul vahidini dəyişdirməklə həm bank sistemini inkişaf etdirməyi, həm də ölkədə mövcud olan qarışıqlığı aradan qaldırmağı hədəfləyir. Çünki hazırda İranda rəsmi pul vahidi riyaldır. Lakin xalq gündəlik istifadədə "tümən" adından istifadə edir.