Yunanıstanda iqtisadi böhran insanları intihara aparır. Aparılan araşdırmalarda iqtisadi böhranla üzləşən artan intihar hadisələri ilə, iqtisadi böhran arasında əlaqənin olduğu məlum oldu. Buna görə, 2009-2010-cu illər arasında 500-dən çox kişi hökumət xərclərindəki kəsinti səbəbiylə intihar etdi.
Dövlət xərclərindəki hər 1%-lik tənəzzül kişilərdə intihar nisbətini artırdı. Bu hər gün haradasa bir adamın intihar etdiyi mənasını verir. Yoxsul kişilərin intihar etmə riskinin zənginlərə görə 10 qat daha çox olduğu da bildirildi.
Araşdırmada qadınların intihar nisbətində bir artım görünmədiyinə diqqət çəkildi. Yunanıstanda kəmər sıxma siyasəti ictimai sağlamlığa da təsir göstərib. Belə ki, sağlamlıq xərclərindəki kəsintilər səbəbiylə 2011-ci ildə HİV xəstəliklərində yüzdə 200 artım göstərdiyi bildirildi. Yunanıstanda 10 il aradan sonra ilk dəfə malyariya baş verdi. Gənclər arasında isə, narkotik istifadəsində da artım var.
İngilis tədqiqatçılar eyni araşdırmanı iqtisadi krizis içində olan İspaniya, Portuqaliya, İtaliya və İrlandiyada da edəcək.
Günel Abduraxmanova / Banco.az