İpoteka krediti həm bankların öz vəsaiti hesabına, həm də İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına verilir. Bankların öz hesabına verdiyi kreditlərdə faiz dərəcələri Fondun verdiyi kreditlərə nisbətdə yüksək olur.
İKZF-nin hesabına verilən kreditlərin maksimal məbləği 150 000 AZN, ilkin ödəniş minimum 15%, maksimal müddəti 25 il, zəmanət verilməmiş kreditlər üzrə maksimal illik faiz dərəcəsi 8%, zəmanət verilmiş kreditlər üzrə isə 7%-dir.
Həmçinin oxu:
- İpoteka kreditlərinin şərtləri barədə ətraflı məlumat üçün keçid edin: Şərtlər
- Kreditlərin verilməsi üçün tələb edilən sənədlər barədə məlumat üçün keçid edin: Sənədlər
- Güzəştli kreditlərdən yararlana bilən şəxslərin siyahısı barədə ətraflı məlumat üçün keçid edin: Güzəştli ipoteka
İpoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 1 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.
Aşağıdakı cədvəldə Fondun vəsaiti hesabına kredit verən bankları sizə təqdim edirik.
Bu şərtlər (faizlər, müddət və məbləğ) bankların ümumi məlumatlarıdır. Şərtlər əmlakın bazar dəyərindən, kredit götürənin aylıq gəlirindən və s. asılı olaraq dəyişə bilər.
Qeyd edək ki, hazırda banklarda adi və güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmış limitlər bitib. Lakin hər gün saat 18:30-da sistem yenilənir. Qeyd olunan vaxtda bərpa edilmiş limit məbləğləri həcmində həm adi, həm də güzəştli kreditlər üzrə yeni müraciətlərin qəbulu mümkündür. (https://e-gov.az/)
Gülnar Əhmədli, Banco.az
Bizi sosial şəbəkələrdən izləyin!!