Banco.az xəbər verir ki, ipoteka krediti götürən müştərin gəliri hesablanarkən, onun gəlirindən hər bir ailə üzvünün saxlanması üçün xərclər çıxılmalıdır və bu xərc yaşayış minimumundan az götürülə bilməz.
Məsələn, müştərinin gəliri 1000 manatdırsa və onun ailəsində 3 nəfər varsa. Hər bir ailə üzvünə görə 146 manat minimum yaşayış xərci çıxılır (ümumilikdə 438 manat), yerdə qalan 562 manat isə ipoteka məqsədləri üçün istifadə edilə bilər.