Banco.az xəbər verir ki, Qaydalara görə, “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən ipoteka kreditləri yalnız manatla və yalnız Azərbaycan vətəndaşına verilməlidir. Bu kreditlə yalnız dövlət qeydiyyatına alınmış, yəni “kupça”lı evlər alına bilər.
İpoteka krediti o evlərin alınmasına verilə bilər ki, onların qiyməti evin yerləşdiyi ərazidəki orta qiymətdən yüksək olmasın (1 kvadratmetrin qiyməti olaraq).