9 yanvar 2018-ci il tarixində İsveçrədə Apple Store mağazasında iPhone smartfonunun tüstülənməsi üzündən mağazanın işçiləri təxliyyə (evakuasiya) edilmişdir. Bu barədə Reuters informasiya agentliyi yerli polisə istinadən məlumat vermişdir.
İnsident Sürix dəmir yolu vağzalının yaxınlığında yerləşən Apple mağazasında baş vermişdir. Tüstüləmə servis mərkəzinin əməkdaşının iPhone smartfonunun korpusundan, gövdəsindən qızmış batareyanı çıxarma anında baş vermişdir.
Xilasetmə xidmətinin əməkdaşları gələnə qədər mağazanın əməkdaşları lazımı tədbirləri həyata keçirə bilmişlər. Onlar qızmış akumulyar batareyasını kvars qumu ilə örtmüşlər. Bu tüstülənmənin yayılmasının qarşısını almağa yardımçı olmuşdur. Hadisə yerinə polis, təcili yardım, yanğından xilasetmə xidmətinin əməkdaşları cəlb edilmişlər.
Mağazada olan 50-yə yaxın ziyarətçi və həmçinin bütün personal tələsik şəkildə ticarət məntəqəsini tərk etmişlər. App Store mağazasının təmir emalatxanasının əməkdaşı qızmış akumulyatoru çıxarmaq istəyərkən yüngül yanıq xəsarətləri almışdır.
Sürixin məhkəmə-tibb ekspertizası institutunun əməkdaşları smartfonu və batareyanı götürərək laboratoriya şəraitində yangının nədən baş verməsi səbəbini araşdıracaqlar. Ötən gün baş verən bu olaya Apple şirkəti hələ heç bir rəsmi şərh verməmişdir.
Mənbə: digitalazerbaijan.az