İnvestAz şirkəti investisiya və brokerliq üzrə fəaliyyət göstərən bir şirkətdir. 2004-cü ildən fəaliyyət göstərən şirkət ölkədə forexlə məşğul olmaq istəyənlər üçün yeni imkanlar açır. Bəs görək bu şirkət maliyyə əmsallarına nə qədər riayət edir?
Əvvəlcə qeyd edim ki, 2018-ci ilin 30 iyun hesabatına görə şirkətin cəmi aktivləri 9 mln 611 min manat, cəmi öhdəlikləri isə 7 mln 122 min manatdır. Kapitalına gəldikdə ilin sonuna görə 113% artaraq, 2 mln 489 min manata çatıb. Şirkətin cəmi gəliri 2 mln 347 min manat, dövr üzrə xalis mənfəəti isə 888 min 554 manatdır.
Şirkətin maliyyə əmsalları isə aşağıdakı kimidir:
Maliyyə əmsalı |
Faizlə |
ROA əmsalı |
9,2% |
ROE əmsalı |
36% |
Current ratio |
127% |
The Debt Ratio |
74% |
Return on Capital Employed |
34% |
Debt-Equity Ratio |
286% |
Equity Multiplier |
386% |
Net Profit Margin |
38% |
Xəzər Aslanov, banco.az