Bazardakı dəyişiklikləri proqnozlaşdırmağa çalışan investorlar üçün məlumat nə qədər çox olsa, iş bir o qədər asanlaşır. Dəyişiklikləri proqnozlaşdırmaq üçün cari və əsas analizlərdən istiadə edilə bilər, lakin internetdə ənənəvi təhlil olunmayan daha çox ipucu ilə üst-üstə düşə bilər. Onlardan biri də sosial analizdir. Başqa sözlə, insanların məsələn, “Twitter” kimi platformalarda kriptovalyutalara qarşı nə kimi münasibət göstərdikləri araşdırmaq. Bir bot hər saat tam olaraq bunu edir. Bot hansı coinin insanlar tərəfindən sevildiyini, hansına nifrət edildiyini müəyyənləşdirir.
Sosial analiz bazarın durumunu göstərir
“Twitter” botlarla zəngindir. İstifadəçilərə spam göndərib saxta xəbərlər yayıb rahatsızlıq gətirən pis vərdişli botlar olsa da, əslində çox faydalı botlar da var. “Watson’s Reports” adlı bot insanların “Twitter” vasitəsilə kriptovalyutalar haqda nə danışdığını açıqlayır. “Crypto Watson” tərəfindən tərtib edilmiş trend analiz edən bot haqqında ən çox danışılan kriptovalyutaları göstərir. Bot eyni zamanda, kriptovalyuta cəmiyyətininhansı coini sevdiyini, hansına nifrət edildiyini müəyyənləşdirir.
Ən son aparılan analizə görə, Bitcoin haqda 3 min dəfə bəhs olunmuşdur. Onu 1491 dəfə danışılan “Waves”, 1407 dəfə danışılan Ethereum və 1030 dəfə bəhs edilən Ripple təqib edir. Bunlardan sonra isə Litecoin, NEO, Verge, TRON, Stellar və Bitcoin Cash gəlir. Bitcoin ardıcıl olaraq zirvədə qərarlaşsa da, ilk 10-luqdakı digər kriptovalyutalar haqlarında vacib bir xəbərin olub-olmamasına görə tez-tez dəyişirlər. Hətta ən məşhur coinlərdən bəziləri ən çox nifrət edilənlər arasındadır.
“Bazar sentimentallığı Bitcoin-in qiymətini izah etməyə kömək edir” sərlövhəsi ilə dərc olunan bir məqalə bu tendensiyanı daha ətraflı araşdırır. Məqalədə bunlar qeyd olunub
“Metcalfe”-nin hüquqi xarakterini birləşdirərək sosial şəbəkələrdə BTC haqda müsbət şəkildə qeyd olunan bazarın həssaslıq həcmi istifadə edilərək BTC qiymətindəki dəyişikliklər tam olaraq açıqlana bilər. Fərziyyə budur ki, Bitcoin-in qiyməti bazar həssaslığı tərəfindən böyük ölçüdə təsirlənən və satıcılarla alıcıların yaratdığı tələb-təklif balansının nəticəsidir. Bazar həssaslığının bazarın özündən böyük ölçüdə təsirlənməsi və bununla da dairəvi və ikitərəfli refleksivliyini yaratması gözləniləndir”.
Yəni, insanlar Bitcoin haqqında müsbət fikirdə olduqda, daha çox adam Bitcoin alır, qiymət də artır. Bitcoin-in qiyməti artdıqda, insanlar onun haqqında daha müsbət danışırlar.
Nifrət edilmək yox hesab edilməkdən yaxşıdır
“Watson’s Reports” botuna görə, hər saat sonu hissiyat əsasında ən çox mənfi yöndə şərhlərə məruz qalan coin Bitcoin-dir. Bitcoin-in bazardakı gücü azaldıqca, bunun olması təbiidir. Müsbət və mənfi kateqoriyalarda ikinci sırada gedən coinlər isə bəzi maraqlı məqamları ortaya çıxarır. Haqqında ən çox müsbət danışılan coinlər Sia (20,6%), ZClassic (19,5%) və Digibyte (18,7%) Ubiq və Stellar əlavə edilərkən ilk 5-lik tam olur.
Bunlar da maraqlıdır:
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımız Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.