İnnovativ Bank binaları – Bank China Tower | Banco.az

İnnovativ Bank binaları – Bank China Tower

China Tower Bankının binası Mərkəzi Hon Konqda ən yaxşı tanınan göydələnlərdən biridir.  Burada Bank of China (Hong Kong) Limited-in baş qərargahı yerləşir

Binanın hündürlüyü 305 m (1,000.7)-dir, onun göyə ucalanan iki ağırlıq dayağının hündürlüyü isə 367,4 metrə (1,205.4 futa) çatır. 1989 və 1992-ci illər arasında o, Hon- Konqun və Asiyanın ən hündür binası olub. Həmçinin o, ABŞ hüdudlarından xaricdə 1000 futu, yəni 305 hündürlüyü ötən ilk bina olub.  Indi isə o, Hon Konqun dördüncü ən hündür göydələni hesab olunur. İlk yerlərdə isə Beynəlxalq Ticarət mərkəzi, İki maliyyə mərkəzi və Mərkəzi PLAZA gəlir.

Dizayn Pritzker Prize mükafatın sahib olan memar I. M. Pei tərəfindən hazırlanıb. 72 mərtəbəli bina Mərkəzi Metro (Central MTR) stansiyasının yanına yerləşir.  43-cü mərtəbədə yerləşən böyük olmayan idman zalı ictimaiyyət üçün də açıqdır.

Ən sərfəli kredit üçün müraciət et

Binanın tikilişində istifadə olunan struktur ekspozisiyası   bambuku xatırladır, bu isə böyümək və çiçəklənmək üçün mövcud olan vəsaiti simvolizə edir. Struktur özü isə binanın künclərində yerləşən beş nəhəng polad dayaq üzərində dayanır. Üçbucaq formasında strukturlar konstruksiyanın ağırlığını bu beş dayaq arasında paylaşdırır. Xaricdən isə şüşə fasadla örtülüb. Fərqli görünüşü onu Hon-Konqdakı bir çox binalardan dərhal seçilmə sövq edir.