İngiltərədə işsizlik nisbəti dəyişməyib | Banco.az

İngiltərədə işsizlik nisbəti dəyişməyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə işsizlik nisbəti iyul-sentyabr dövründə dəyişməz olaraq qalıb.

Banco.az xəbər verir ki, İngiltərə Milli Statistika İdarəsinin (ONS) əmək bazarı ilə bağlı açıqladığı məlumatlara görə, iyul-sentyabr dövründə ölkədə məşğulluq nisbəti 75,7 faiz təşkil edib.

Bu dövrdə işsizlik səviyyəsi isə 4,2 faizdə dəyişməz qalıb.

İngiltərə Bankının (BoE) faiz qərarları baxımından yaxından izlədiyi maaş artımları da yüksək olaraq qalmağa davam edib.

Bu dövrdə mükafatlar da daxil olmaqla orta əmək haqlarının illik artımı 7,9 faiz olaraq hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram