İngiltərə Mərkəzi Bankı “HSBC”ni külli miqdarda cərimələyib | Banco.az

İngiltərə Mərkəzi Bankı “HSBC”ni külli miqdarda cərimələyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərə Mərkəzi Bankı “HSBC”yə 57,4 milyon funt sterlinq cərimə kəsib.

Banco.az xəbər verir ki, İngiltərə Bankı (BoE) dünyanın ən böyük bank və maliyyə xidməti qurumlarından biri olan “HSBC”ni əmanətlərin qorunması, identifikasiyası və bildirişindəki uğursuzluqlara görə 57,4 milyon funt sterlinq cərimələyib.

Mərkəzi Bankın bəyanatına görə, “HSBC Bank” və “HSBC UK Bank” uzun illər əmanətçilərin mühafizəsi qaydalarının tələblərini lazımi qaydada yerinə yetirməmişlər. Belə ki, “HSBC Bank”ın 2015-2022-ci illərdə, “HSBC UK Bank”ın isə 2018-2021-ci illərdə bu tələbləri yerinə yetirmədiyi müəyyən edilib.

Qeyd edək ki, sözügedən cərim məbləği BoE nəzdində fəaliyyət göstərən Prudensial Tənzimləmə Qurumunun (PRA) indiyə qədər tətbiq etdiyi ikinci ən yüksək cərimədir.

Ən sərfəli kredit üçün müraciət et

Bildirilənə görə, “HSBC” təxminən 15 ay ərzində aşkar edilmiş problemlər barədə PRA-nı xəbərdar etməyərək açıq fəaliyyət göstərməyib və tələb olunan şəkildə əməkdaşlıqdan yayınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram