Bu günə qədər “Neft Daşları”nda yerləşən yataqlardan 175 mln. tondan çox neft və 13,551 mlrd. kubmetr təbii qaz hasil olunub.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sosial şəbəkədəki səhifəsində qeyd edilib.
“Hazırda neftçilərimizin səyləri nəticəsində hasilat həcmi artırılmaqdadır”,- məlumatda bildirilib.
Qeyd edək ki, “Neft Daşları” 1949-cu ildən istismardadır. Həmin il noyabrın 7-də burada 1 saylı quyu istismara verilib. “Neft Daşları” dünyada dənizdə qurulan ilk neft platforması kimi Ginnesin Rekordlar kitabına düşüb.
Report