İnanılmaz vergilər | Banco.az

İnanılmaz vergilər

Bu məqalədə bəşər tarixinin ən inanılmaz və ən qeyri-adi vergiləri ilə tanış olacaqsınız. Bu gün bu vergiləri izah etmək olduqca çətindir.
 

1.Ayaqyolu vergisi

    Bu vergini eramızın 70-ci illərində hakimiyyətdə olmuş Roma imperatoru Vespasian tətbiq etmişdir. Doğma oğlu onu buna görə tənqid etmiş və bu cür verginin tətbiq edilməyinin əleyhinə olmuşdur. Lakin Vespasian bu vergidən “qazanılan” pulu gətirib oğlunun burnuna yaxınlaşdırmışdı. Sizcə, o, bununla nə demək istəmişdir? Bəli, bəli - “pullar iylənmir”. Doğurdan da romalılar mərmər ayaqyolularına o qədər öyrəşdilər ki, ora getməyə və pul verməyə davam etdilər.
     

    2.Azadlıq vergisi

      Qədim Romada “manumission” adlanan vergi növü mövcud idi. Vergi sahibin öz qulunu azad etməyi müqabilində ödənilirdi. Nadir hallarda sahib özü bu vergini ödəyirdi, belə güman olunurdu ki, sahib öz qulunu azad edəcək qədər varlı olurdu. Əksər hallarda isə bu vergini qulun özü ödəyirdi! Təsəvvür edin - qul azadlığı üçün sahibinə böyük məbləğdə pul ödəyir, azad işçi olur və birdən məlum olur ki, o, azadlığı üçün Roma imperiyasına vergi verməlidir.
       

      3.Hamam vergisi

      Ən sərfəli kredit üçün müraciət et

        I Pyotr hamam vergisini tətbiq etmişdir. 1704-cü ildə verilmiş fərmana görə ev hamamları üçün varlı tacirlər və duma iclasçıları 3 rubl, orta imkanlı tacirlər 1 rubl, kəndlilər isə 15 qəpik ödəməli idilər.
         

        4.Kölgə vergisi

          Bəli, qeyri-maddi obyeklərə də vergi qoymaq mümkündür. Belə ki, 1993-cü ildə, daha doğrusu, yaxın keçmişdə Venesiyada belə bir vergi tətbiq edilmişdir. Vergiyə görə şəhər küçələrinə kölgə salan istənilən çətir və tentlərə görə bütün müəssisələr vergi ödəməli idilər. Aydındır ki, kölgənin qarşısını almaq olmaz, odur ki, bu vergi Venesiya xəzinəsinə xeyli gəlir gətirdi.
           

          5.Günəş vergisi

            2000-ci illərin əvvəllərində “günəş vergisi” Balear adalarında irəli sürülmüşdür. Vergini adaya gələn bütün turistlər ödəməli idilər. Məşhur kurortlara gəlmiş turistlər adada qaldıqları hər gün üçün 1 avro ödəməlidirlər. Günəş hesabına əldə edilən pullar turizm infrastrukturunun yaxşılaşdırılmasına sərf edilir, məsələn, çimərliklərin təmizlənilməsinə, ekoloji balansın bərpa edilməsinə və s. Qeyd edək ki, 2012-ci ildə Balear adalarına 10.4 milyon turist səfər etmişdir.

            Tərcümə etdi: Rəfiqə Zamanova

            Mənbə: allmag.az