Tamara Mustafayeva, Banco.az
İlon Mask Bitkoin üçün "təmiz enerji" şərti qoyub.
Banco.az xarici mətbuata istinadla bildirir ki, Maskın Twitter-də Bitkoinlə bağlı "təmiz enerji" şərtinin vacib olmasına dair yazdığı tvitdən sonra bu kriptovalyutanın qiyməti 40 min dollara qədər bahalaşıb.
İlon Mask Bitkoin mədənçiliyinin ən azı 50%-nin yenilənən enerji ilə həyata keçiriləcəyi təqdirdə Tesla-da ödəniş vasitəsi kimi Bitkoindən istifadəyə icazə verə biləcəyini bildirib.
Qeyd edək ki, həftə sonu 34 min dollar səviyyələrində olan Bitkoin sözügedən tvitdən sonra 39 min 500 dollara qədər bahalaşıb. Ethereum isə 2 min 300 dollardan 2 min 500 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!