İlk trilyoner o olacaq | Banco.az

İlk trilyoner o olacaq

Microsoft-un qurucusu Bill Gates dünya tarixinin ilk trilyoneri ola bilər. Maliyyə mütəxəssislərinin proqnozlarına görə hal-hazırda 77 milyard dollarlıq sərvətə sahib olan Gates, 25 il sonra sərvətini 1 trilyon dollara çatdırmış olacaq. Hər şey qaydasında getsə, 58 yaşında olan Gates 83 yaşında dünyanın ilk trilyoneri ünvanını qazana biləcək. 

Ən sərfəli kredit üçün müraciət et

Credit Suisse-in proqnozlarına görə isə bundan iki nəsil sonra dünyada ən azı 11 trilyoner olacaq. Banka görə iki nəsil sonra dünya əhalisinin 20%-nə bərabər olan 1 milyard insan isə milyoner statusuna qovuşacaq.

Günel Abduraxmanova / Banco.az