Hazırda 2 trilyon dolların üzərində böyüklüyə sahib olan onlayn alış-verişin ilk sınaqları 1970-ci illərin sonlarında ortaya çıxdı. Michael Aldrich adlı ingilis təşəbbüskarın B2B tərəfdə başlatdığı onlayn alış-verişin tarixinə nəzər salaq.
Onlayn alış-verişin ilk nümunələrindən birini 1960-cı illərdə IBM-in American Airlines üçün inkişaf etdirdiyi kompüterli bilet sifarişi olaraq görmək mümkündür. Burada IBM-in ana kompüteri üzərindən fərqli nöqtələrdəki səyahət agentlikləri eyni anda bilet əməliyyatı edə bilirdi. Bu gün istifadə etdiyimiz onlayn alış-verişin ixtiraçısı olaraq isə ingilis təşəbbüskar Michael Aldrich göstərilir.
Aldrich, evdə istifadə etdiyi televizoru telefon xətti üzərindən 1979-cu ildə birdən çox istifadəçinin əməliyyat edə biləcəyi kompüterə bağladı. Aldrich sistemi ilk növbədə B2B məqsədləri üçün istifadə olunmuşdur və səyahət, ehtiyat hissələri, bank kreditləri və kredit reytinqləri kimi əməliyyatlar aparılmışdır. Bu sistem daha sonra İngiltərənin xaricində İrlandiya və İspaniyaya da satıldı. Digər tərəfdən, 1980-ci illərin sonlarında, Aldrich sistemi İngiltərədə B2C tərəfində istifadə edilmiş və Tesco kimi bir çox pərakəndə satış sistemi sifariş almaq üçün bundan istifadə etmişdir.
Tim Berners-Lee-nin 1989-cu ildə interneti icad etməsinin ardından onlayn alış-veriş internetə daşındı və B2C tərəfində satış partlayışı yaşandı. 1992-ci ildə təşəbbüskar Charles Stack dünyanın ilk onlayn kitap mağazası olan books.com'u qurarkən, Jeff Bezos da 1994-cü ildə Amazonu həyata keçirdi.
Pərvanə Aslanova, Banco.az