İlk iş təcrübəsinə yaxşı başlamaq istəyənlərin etməli olduğu 5 vərdiş! | Banco.az

İlk iş təcrübəsinə yaxşı başlamaq istəyənlərin etməli olduğu 5 vərdiş!

İxtisasınızla əlaqəli təcrübə proqramına qoşulduğunuz zaman, onu yaxşı keçirtmək və maksimum fayda əldə etməyə yönəlirsiniz. Yaxşı təcrübə proqramı, proqram bitdikdən sonra rahat işlə təmin olunmaq da deməkdir. Bəs bunun üçün hansı vərdişlərə yiyələnək?

1) Suallar verin. 

Azərbaycan psixologiyasında belə bir düşüncə var ki, adam sual verirsə nəsə bilmir ki sual verir. Amma əksinə, sual verən insan bildiyi bir şeyə əmin olmaq üçün o sualı verir. Bilməsə heç o sualı verə bilməzdi. Deməli təcrübə proqramında sual verərək, işə maraqlı olduğunuzu və daima bilgi əldə etmək istədiyinizi göstərə bilərsiniz. Həm də suallarınızla təcrübə keçdiyiniz yerin sizin səviyyənizdə olub-olmadığını açıq şəkildə test etmək imkanınız olur.

2) Daima öyrənməyə can atın.

Təcrübə proqramı elə bir yerdi ki, siz orada praktiki bilgilərə can atırsınız. Çünki artıq nəzəri biliklərə doymusunuz,işin gedişatını öyrənmək, iş prosesində hansı çətinliklərin olduğunu görmək  və.s kimi məlumatları öyrənməkdə həvəsli olmalısınız. 

3) Fərqli təcrübələr yaşayın.

Ən sərfəli kredit üçün müraciət et

Hərdən təcrübə proqramı zamanı hansı şöbədəsinizsə ordan kənara çıxmırsınız, məsələn, bankda maliyyə departamentində təcrübə proqramı keçən biri  biznes və inkişaf departamenti ilə maraqlanmır,   lakin digər departamentlərin işinə nəzər yetirərək şirkəti strukturu barədə məlumatlarınızı genişləndirə və yeni sahələri kəşf edə bilərsiniz. 

4) Daha çox insan tanımağa çalışın.

Əslində bu sizə işə qəbul prosesində köməklik edəcək, müsahibə mərhələsində sizdən müsahibə götürən tanıdığınız  şirkət əməkdaşlarından biri olarsa özünüzü rahat hiss edəcəksiniz, ya da ki şirkətdə tanıdığınız insanlar sonra sizə digər şirkətlərdə işləmək üçün referans verə bilərlər. 

5) Şirkətin iş mədəniyyətinə uyğunlaşın.

Məsələn şirkətdə ağ köynək geyinmək, üzünüzü hər gün təraş edib işə gəlmək, saçlarnızı yığmaq kimi hərəkətlər iş mədəniyyətinin bir parçasıdırsa məcbur olsaz belə bunu edin. Unutmayın, keçirəcəyiniz təcrübə proqramı iş həyatınızı dəyişdirə bilər. 

Xəzər Aslanov. Banco.az