İl sonuna qədər qızılın qiyməti yüksək olaraq qalacaq – AÇIQLAMA | Banco.az

İl sonuna qədər qızılın qiyməti yüksək olaraq qalacaq – AÇIQLAMA

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Qızıl fyuçersləri 0.8% artaraq hər troya unsiyası üçün $2,546.50-a yüksəlib. 
Banco.az
xəbər verir ki, 2024-cü ildən artmağa başlayan qızıl qiymətlərinin il ərzində hər troya üçün 2500 dollar səviyyəsində qalacağı  gözlənilir.

J.P Morgan-a görə, bahalaşma əsasən yüksək inflyasiya, mərkəzi bankların qızıl ehtiyatlarını artırması və geopolitik gərginliklərin artması ilə əlaqələndirilir. 
Eyni zamanda, ABŞ-də faiz dərəcələrinin azalacağı gözləntiləri və güclü qlobal iqtisadi qeyri-müəyyənlik qızılın dəyərinə müsbət təsir göstərir. 

Ən sərfəli kredit üçün müraciət et

Ümumiyyətlə, qızıl, iqtisadi çətinliklər dövründə investisiya üçün "təhlükəsiz liman" olaraq qalır. İnvestisiya aləti kimi uzunmüddətli etibarlılığını sübut edən qızılın gələcəkdə də yüksək tələbatla bahalaşması gözlənilir.Ekspertlər hesab edir ki,  qızıl, digər investisiyalar kimi, risklərə məruz qala bilər, buna görə diversifikasiya strateqiyasının bir hissəsi kimi istifadə edilməsi tövsiyə olunur.

2024-cü il üçün proqnozlara əsasən qızılın bahalaşması ABŞ Federal Rezervinin faiz dərəcələrini aşağı salması gözləntiləri, yüksək inflyasiya və qlobal iqtisadi qeyri-müəyyənliklə əlaqələndirilir. Mərkəzi bankların qızıl alımlarını artırması da bu tendensiyaya təkan verir. Geopolitik risklər, inflyasiyadan qorunma ehtiyacı və valyuta bazarlarında sabitlik qızılı daha da cəlbedici bir investisiya aləti edir.

Ən sərfəli krediti almaq üçün müraciət et