IKEA ilk ikinci əl mağazasını bu ölkədə açacaq | Banco.az

IKEA ilk ikinci əl mağazasını bu ölkədə açacaq

Tamara Mustafayeva, Banco.az

IKEA axırıncı dəfə Tokioda yeni açılan mağazasının təqdimatını dünyanın dörd bir yanında keçirilən tədbir və sərgilərdə tez-tez rast gəlinən və 250 mindən çox Instagram izləyicisinə sahib olan influencer imma.gram ilə birlikdə həyata keçirmişdi. İndi isə daha fərqli bir konsepsiya ilə qarşımıza çıxmağa hazırlaşır.

Şirkət ötən həftənin cümə günü etdiyi açıqlamasında bu ilin sonlarında İsveçdə yenilənmiş mebel satışı ilə məşğul olan ilk ikinci əl mağazasını açacağını bildirib. Bunun səbəbi isə şirkətin 2030-cu ilə qədər tamamilə dayanıqlı müəssisəyə çevrilməyi hədəfləməsidir. Yeni açılacaq mağaza Eskilstuna qəsəbəsində "ReTuna" adlı dünyanın ilk ikinci əl alış-veriş mərkəzində açılacaq.

Müntəzəm olaraq yenidən dəyərləndiriləcək bir sinaq layihəsi olan ikinci əl mağazası yaxınlıqdakı IKEA mağazalarından birindən zədələnmiş və təmir edilmiş mebel və ev əşyaları ilə təchiz ediləcək.

Qeyd edək ki, şirkət daşınma əsnasında zədələnmiş məhsulların təmir edilməsi və yenidən qablaşdırılması ilə yanaşı, müştərilərin mebellər də daxil olmaqla IKEA məhsullarının yenidən satılması və ya xeyriyyə qurumlarına ianə edilməsi üçün geri verməsinə şərait yaratmağa başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: IKEA üçün hazırlanmış ən yaradıcı reklam afişaları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et