IEA: "OPEC+" ölkələri neft hasilatını azaldıb | Banco.az

IEA: "OPEC+" ölkələri neft hasilatını azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə razılaşmada iştirak edən 19 "OPEC+" ölkəsi noyabr ayında gündəlik neft hasilatını 270 min barel azaldaraq 36,22 mln. barelə endirib. 

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd edilib. 

Hesabata əsasən, 19 üzv ölkə noyabr ayında gündəlik 36,22 milyon barel neft hasil edib, oktyabr ayında isə bu göstərici 36,49 mln. təşkil edib.

Əlavə edək ki, bütün 23 "OPEC+" ölkəsində neft hasilatı noyabr ayında 130 min barel azalaraq 43,01 mln. barel olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram