Elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və hal-hazırda tətbiq edilən bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq respublikada IBAN-ın tətbiqi qərara alınıb. Bu tədbirin həyata keçirilməsi üçün Mərkəzi Bankın, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun, Banklar Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən ibarət 17.06.2010-cu il tarixində İşçi Qrup (İQ) yaradılaraq tətbiqinə başlanılıb. Yaxşı bəs İBAN ümumiyyətlə nə olan şeydir?
1) İBAN nədir?
Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş İSO 13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyi (maliyyə institutları) tərəfindən müştərilərə təqdim edilən standart bank hesab nömrəsidir.
2) İBAN-ın strukturu necədir?
Azərbaycan Respublikasında IBAN-ın strukturu aşağıdakı formadadır:
3. IBAN-ın üstünlükləri nədir?
IBAN strukturu vəsaiti göndərən bankda vəsaiti alan bankın müştərisinin hesabının doğruluğunu yoxlamağa imkan verməklə əməliyyat risklərini minimallaşdırıcaq, banklalarası hesablaşmalar zamanı vəsaitlərin son istifadəçiyə çatdırılmasını sürətləndirəcək, hesablaşmalarda avtomatik emal əmsalının (STP) yüksəldilməsini təmin edəcəkdir.
4. IBAN hansı hesablara tətbiq edilir?
IBAN ölkədaxili və ölkədənkənar banklararası hesablaşmalarda iştirak edən bütün bank hesablarına tətbiq edilməlidir. Maliyyə institutları daxili siyasətlərindən asılı olaraq digər hesablarına da IBAN tətbiq edə bilərlər.
5. IBAN barədə haradan ətraflı məlumat əldə etmək olar?
Mərkəzi Bankın internet saytının “Ödəniş sistemləri” bölməsində “IBAN” başlığı altında bu barədə ətraflı materiallar, o cümlədən “Standart bank hesab nömrəsinə (IBAN) keçid üzrə Metodoloji Rəhbərlik” və “Azərbaycan Respublikasında standart bank hesab nömrəsinin (IBAN) istifadəsi Qaydaları”nın layihəsi yerləşdirilmişdir.
6. IBAN qəbul edildikdən sonra köhnə hesab nömrəsindən istifadə mümkündürmü?
IBAN-a tam keçid müəyyən edildikdən sonra köhnə hesab nömrəsi əks olunan ödəniş sənədləri maliyyə institutları tərəfindən icraya qəbul edilməməlidir.
Mənbə: Mərkəzi bankın rəsmi saytı