Azərbaycan Respublikası Mərkəzi Bankının saytında dərc olunmuş məlumatda qeyd edilir ki, 2014-cü ilin 1 iyul tarixinə əsasən, Azərbaycanda bankların ümumi aktivləri 22 mlrd. 569,8 mln. manat təşkil edib.
Məlumat üçün qeyd edək ki, 2014-cü ilin 1 yanvar tarixi üzrə bu rəqəm 20 mlrd. 385,1 mln. manat təşkil edirdi. Beləliklə, göstəriciləri müqayisə etdikdə, 2014-cü ilin I yarımilliyində bankların aktivlərinin 10,7% artdığını aydın şəkildə görmək mümkündür.
Mərkəzi Bankın məlumatına görə, 2014-cü ilin 1 iyul tarixinə əsəsən, bankların kredit qoyuluşları 6 mlrd. 285 mln. manata (2014-cü ilin yanvar-iyun ayları ərzində artım 8,6% təşkil edib), məcmu kapitalı isə 3 mlrd. 762 mln. manata (artım 9,8% təşkil edib) bərabər olub.
2014-cü ilin iyul ayının əvvəlinə olan məlumata əsasən, Azərbaycanda banklar tərəfindən əhalidən 6 mlrd. 720,6 mln. manat məbləğində (1-ci yarım il ərzində artım 5,1% təşkil edib) əmanət cəlb olunub.
Sevinc İbadova/Banco.az