Müəllif:Ayşən İmanova/Banco.az
“Honda Motor” ABŞ-də yanacaq nasosundakı problemlə əlaqədar 720,8 min avtomobili geri çağırır.
Banco.az xəbər verir ki, ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat yayıb.
Qeyd olunur ki, geri çağırma 2023-cü model ilindən başlayaraq “Accord”, “Civic” və “CR-V Hybrid” də daxil olmaqla bir sıra modellərə təsir edəcək.
Tənzimləyicinin məlumatına görə, yanacaq nasosunda çat əmələ gələ bilər ki, bu da yanacağın sızması və yanğın təhlükəsinin yaranmasına səbəb ola bilər.