Hindistan Mərkəzi Bankı faiz dərəcəsini elan edib | Banco.az

Hindistan Mərkəzi Bankı faiz dərəcəsini elan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Hindistan Ehtiyat Bankı (mərkəzi bank) faiz dərəcəsini sabit saxlayıb.

Banco.az xəbər verir ki, Hindistan Ehtiyat Bankı (RBI) göstərici repo dərəcəsini 6.50 səviyyəsində dəyişməz saxlayıb.

Bununla da, bank ardıcıl 5-ci iclasında da faiz dərəcəsini dəyişməyib.

İqtisadçıların proqnozu da faiz dərəcəsinin sabit qalacağını deyirdi.

RBI-dən üç və kənardan üç üzvdən ibarət Hindistan Siyasət Komitəsinin 5 üzvü faiz dərəcəsinin dəyişməməsinə səs verib.

Qeyd edək ki, artan ərzaq qiymətləri və gözləniləndən daha yaxşı iqtisadi artım perspektivləri fonunda inflyasiyaya nəzarət əsas diqqət mərkəzi olaraq qalıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram