Ölkəmizdə iqtisadi çətinliyin olduğu bu vaxtlarda banco.az olaraq, nağd pul kreditlərini bir yerə topladıq.
Hər kimsə nağd pul krediti almaq istəsə təqdim etdiyimiz siyahıdakı banklara müraciət edə bilər:
Təəssüf ki, cədvəldəki banklarımızın sayı azdır. Bu isə mövcud şəraitlə əlaqədardır.
QEYD: Təqdim edilən məlumatlar bankların çağrı mərkəzlərinə müraciət edilərək toplanmışdır.
Bank |
Məbləğ |
Müddət |
Faiz |
Valyuta |
AccessBank |
--- |
36 ay |
27% |
USD |
ASB Bank |
Əmək haqqının |
12-24 ay |
10-12% |
USD |
Azər Türk Bank |
1000-10000 |
12-24 ay |
18-20% |
AZN |
*Beynəlxalq Bank |
15000 |
1-36 AY |
19-21% |
AZN |
Caspian Development Bank |
500-30000 |
12-36 ay |
24% |
AZN/USD |
Dəmirbank |
10000 |
24-48 ay |
19-29% |
AZN |
Expressbank |
1500 |
12-36 ay |
24% |
USD |
*Kapital Bank |
300-15000 |
3-36 ay |
28,23% |
AZN |
Rabitəbank |
10000 |
3-36 ay |
27% |
USD |
*Unibank |
200-1000 |
12 ay |
25-28,2% |
AZN |
*Xalq Bank |
500-10000 (zamin) |
24 ay (zamin) |
20-28% (zamin) |
USD |
* - "Beynəlxalq Bank"dan kredit almaq üçün borcalanın Kapital Banka məxsus maaş və ya pensiya kartı olmalıdır.
* - "Kapital Bank"dan kredit almaq üçün borcalanın Kapital Banka məxsus maaş və ya pensiya kartı olmalıdır.
* - "Unibank"dan kredit götürən şəxs təkrar müştəri deyilsə kredit ayrılmayacaqdır. Əgər təkrar müştəridirsə aylıq gəlir 200 AZN və daha yuxarı olduğu təqdirdə müraciət edə bilər. Bundan sonra müvafiq sənədlərə baxılacaqdır.
* - "Xalq Bank"dan nağd kredit almaq üçün ümumi şərtlərdən əlavə girov və ya zamin təqdim edilməlidir. Kredit şərtlər zamin və ya girova əsasən dəyişə bilər.
Hal-hazırda "NBC Bank", "Bank Respublika"da əmanət əsasında, "Parabank"da isə girov əsasında kredit ala bilərsiniz.
Nağd pul kreditlərindən yararlanmaq üçün tələb edilən sənədlər:
- İş yerindən arayış və ya sənədlər gəlirləri təsdiq edən sənəd qismində iş yerindən arayış,
- Əmək haqqı kartının son 6 ay çıxarışı ya da elektron arayış,
- Şəxsiyyət vəsiqəsinin surəti.