Hansı banklar lombard krediti verir? - CƏDVƏL | Banco.az

Hansı banklar lombard krediti verir? - CƏDVƏL

Lombard - vətəndaşlara daşınar əmlakı girov qoymaqla qısa müddətlik pul krediti verən xüsusi kommersiya təşkilatıdır.

Lombardın əsas fəaliyyəti vətəndaşlara qiymətli metal, məişət avadanlığı, avtonəqliyyat qarşılığında borca pul verməkdir. Bu fəaliyyət növü ilə ənənəvi olaraq, xüsusi lombard müəssisələri məşğul olurdu.

İndi isə banklar da oxşar xidməti, lakin daha sərfəli və etibarlı şərtlər ilə təqdim edirlər. İş yerindən arayış təqdim edə bilməyənlər üçün bu münasib xidmətdir.

Mövcud iqtisadi şəraitin təsiri ilə hal-hazırda bu tip kredit verən bankların sayı digər illərlə müqayisədə daha azdır.

Sizi bazardakı aktiv lombard kredit təklifləri ilə tanış etmək istərdik:

Bank

Məbləğ

(AZN)

Müddət

(ay)

Faiz

Məbləğin girova
 nisbəti

Bank Avrasiya

10.000 12- 24 27% 70%
Bank BTB 10.000 3-24 28 -34% 70%
Bank Respublika 300-10.000 3-24 26-36% 70%

Expressbank

300-10.000

3 - 30

33%

70%

Rabitəbank 10.000 3-24 24-36% 60%

Turanbank

10.000 maks. 24  min. 22% 70%
Unibank  500 -5000 18-36 35-36% 80%

Ən sərfəli kredit üçün müraciət et

Unutmayın ki, Lombard müəssisələri ilə müqayisədə Banklar daha etibarlıdır.

Bu səbəbdən bu tip pul kreditləri üçün banklara müraciət edəsiniz.

Lombard kreditlərinə görə bankı seçməyiniz üçün 7 səbəb:

  1. Qızıl-zinət əşyasını bankda girov saxlaması daha təhlükəsizdir;
  2. Ödənişlərdə istənilən filialda ödəyə bilməsi, lakin Lombard-da isə yalnız götürdüyü ofisdə ödənişləri edə bilərsən;
  3. Banklarda qızılın daha yüksək qiymətləndirilməsi;
  4. Banklarda istənilən vaxt rahat tam ödənişi etməsi və tez girovun qaytarılması;
  5. Fiziki şəxslərdən Lombard köşklərinin istənilən vaxt bağlanması və həmin şəxsin gizlənməsi, lakin banklarda isə tam şəffaflıq hökm sürür;
  6. Banklarda əmanətə toxunulmur, lakin Lombardlarda isə bu mümkün olur;
  7. Banklarda girovun yalnız müştərinin razılığı ilə və ya məhkəmənin qərarı ilə açılması, lakin Lombardlarda isə ödəniş gecikdiyi halda girov açıla bilər.