Günəş panelləri ilə təchiz edilən otel - Kudadoo | Banco.az

Günəş panelləri ilə təchiz edilən otel - Kudadoo

Məşhur memar Yuji Yamazaki tərəfindən hazırlanan Kudadoo adlı ada oteli, günəş panelləri ilə örtülü olan damından lazım olan bütün enerjini alır. Maldivdə ilk və 5 ulduzlu otel olan Kudadoo, yaşıl və davamlıdır və digər otellərə ilham verir.

Lhaviani mərcan adasında yerləşən Kudadoo otelində günəş panellərini adanın ümumi dizaynına inteqrasiya edərək, Yuji Yamazaki davamlı turizmdə nələrin mümkün ola biləcəyini göstərmək istədi.

Maldivdə günəş panelləri olmasına baxmayaraq, onlar gizli sahələrə yerləşdirildikləri üçün görülə bilməzlər. Kudadoo, fotovoltaik damın görünən olması ilə otelin ekoloji dəstəyini ön plana çıxarmaq və bu sahənin bir simvolu olmaq niyyətindədir.

Ənənəvi Yaponiya arxitekturasından ilhamlanan binalar yalnız enerji istehsalını artırmaqla kifayətlənməyib, həm də panellər arasındakı boşluqdan gələn günəş işığı ilə gündüz işıqlandırma xərclərini də minimuma endirirlər.

Ən sərfəli kredit üçün müraciət et

320 kWp günəş enerjisi sistemi Kudadoo adasına əlavə enerji mənbələrinə ehtiyac olmadan üç hektar elektrik enerjisi (30 min kvadrat metr) təmin edə bilər.

Adada və hər otaqdakı taxta quruluş ekoloji cəhətdən səmərəli materiallardan istifadə edilməklə inşa edilir. İstifadə olunan ağac materialları Kanada, Yeni Zelandiya və İndoneziyada davamlılıq sertifikatı alan meşələrdən əldə edilən ağacdan hazırlanır. 

Gözlənildiyi kimi Kudadoo'da qalmaq çox bahadır. İkinəfərlik, bir otaqlı villada bir gecənin qiyməti 4 min dollardır. Bu qiymətə vergilər və əlavə ödənişlər aid deyil.

Pərvanə Aslanova, Banco.az