“Günay Bank” ASC 2018-ci ili 1 milyon 289 min manat xalis mənfəət ilə başa vurub.
Banco.az Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən il “Günay Bank”ın cəmi gəlirləri 18 milyon 88 min manat, o cümlədən faiz gəlirləri 8 milyon 888 min manat, qeyri-faiz gəlirləri 9 milyon 208 min manat təşkil edib. Bank 6 milyon 787 min manat əməliyyat mənfəəti əldə edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalara Bank 5 milyon 497 min manat ayırıb. Nəticədə “Günay Bank” ötən ili 1 milyon 289 min manat xalis mənfəət ilə bağlayıb. 31 Dekabr 2018-ci il tarixində “Günay Bank” 191 milyon 200 min manat cəmi aktivlərə, 129 milyon 856 min manat cəmi öhdəliklərə və 61 milyon 343 min manat cəmi balans kapitalına malik olub.
2018-ci ilin sonuna Bankın kredit portfeli (məqsədli ehtiyatlar çıxılmaqla) 123 milyon 171 min manata çatıb. 2017-ci il ilə müqayisədə Bankın kredit portfeli 9 milyon manata yaxın artım göstərmişdir. Keçən il ərzində müştərilərə verilən kreditlər cəmi 146 milyon 110 min manat olmuşdur. 2017ci il ilə müqayisədə bu müştərilərə verilən kreditlərdə 6.6 milyon manat artım olmuşdur.
“Günay Bank”da depozitlər isə 2018-ci ilin sonuna 70 milyon 461 min manat təşkil etmişdir.
31 Dekabr 2018-ci il tarixində “Günay Bank” 61 milyon 164 min manat məcmu kapitala malik olub. Eyni zamanda Bank kapital adekvatlığı göstəriciləri üzrə normadan qat-qat yüksək nəticələr göstərmişdir. I dərəcəli kapitalın adekvatlıq əmsalı minimal 5% olduğu halda bankda bu göstərici 30,17%, Məcmu kapitalın adekvatlıq əmsalı minimal tələb 10% olduğu halda 31,55% göstərici olmuşdur.
Hesabat ilə ətraflı bu linkdən tanış ola bilərsiniz - Günay Bank 2018-ci il üzrə maliyyə hesabatı