Gümüşün bazar dəyəri bitkoini ötüb | Banco.az

Gümüşün bazar dəyəri bitkoini ötüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal bazarlarda gümüş qasırğası əsir.

Banco.az xəbər verir ki, gümüşün qiyməti yeni həftəyə də bahalaşma başlayıb.

Belə ki, gümüşün bir unsiyası 2012-ci ilin dekabrından bəri ən yüksək həddə çataraq 32 dollara yaxınlaşıb.

Bununla da, gümüş 1,82 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın səkkizinci ən böyük aktivinə çevrilib.

"Companiesmarketcap"in məlumatlarına görə, ən böyük kripto aktiv sayılan bitkoin isə 1,31 trilyon dollar dəyəri ilə doqquzuncu yerdədir.

Xatırladaq ki, bitkoin martın 14-də 73 min 737 dollarla rekord qıraraq gümüşü üstələmişdi. Həmin tarixdən etibarən gümüş 30 faizdən çox dəyər qazandığı halda, bitkoin təxminən 10 faiz ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram