Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google” axtarış nəticələrinə “Instagram” platformasının “Hekayə” funksiyasını əlavə edib.
Banco.az xəbər verir ki, “Google” istifadəçilər arasındakı qarşılıqlı əlaqəni ön plana çıxaracaq mühüm addım atıb.
Belə ki, istifadəçilərdən birinin müşahidəsinə görə, artıq “Google”da da “Instagram”dakı kimi “Hekayə” funksiyası mövcuddur.
Görünür, “Google”un bu yeni funskiyası istifadəçilərə mətn, şəkillər və stikerləri hekayəyə bənzər formatda paylaşmağa imkan verəcək. Paylaşılan məzmuna şərh yazmaq imkanı da yaradılarkən bu şərhləri digər istifadəçilər də görəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!