Müasir dövrün texnoloji nəhəngləri, eləcə də smartfon və planşet kompüterlər bazarının ən mühüm rəqibləri hesab olunan "Apple" və "Google" şirkətləri patentlərin pozulması ilə bağlı bir-birilərinə qarşı irəli sürdükləri iddiaları geri götürmək niyyətindədirlər.
Sğzügedən şirkətlərin nümayəndələri birgə bəyanatda patent sisteminin islahatı üzərində birlikdə işləmək qərına gəldiklərini qeyd ediblər.
İki tərəf arasına əldə olunan bu razılaşma onlara bir-birinin texnologiyasından istifadə etmək imkanı vermir.
Bütün dünyada "Apple" şirkəti və "Google" şirkətinin istehsalı olan Android əməliyyat sistemi əsasında işləyən telefonlar hazırlayan şirkətlər bir-birinə qarşı patentlərin pozulması iddiaları ilə çıxış edirlər.
Məlumat üçün qeyd edək ki, bir müddət öncə Kaliforniya məhkəməsinin qərarı ilə "Samsung" smartfonların istehsalında istifadə etdiyi texnologiyalarda "Apple" şirkətinə məxsus 2 texnologiya patentini pozduğuna görə şirkətə 119,6 milyon dollar dəyərində vəsait ödəməyə məcbur olmuşdu.
Sevinc İbadova/Banco.az