Google Map bəzi bölgələri niyə sirr kimi gizlədir? | Banco.az

Google Map bəzi bölgələri niyə sirr kimi gizlədir?

Dünyada elə gizli yerlər var ki, heç kimin onları görməyinə icazə verilmir. Belə ki, peyk antenləri tərəfindən aparılan çəkilişlərdə belə, bu görüntülər ya “Google” tərəfindən silinir, ya da müəmmalı bir şəkildə qaraldılır. Bu cür yerləri tanıtmaq istəyirik.

Rusiyadakı müəmmalı ərazi deyilənlərə görə, rusların gizli tədqiqatlar apardığı bir yerdir. Burada yeraltı dünyaya açılan qapının olduğunu deyrilər. Vaxtilə Sibirə sürgün edilmiş və həbsxanadan qaçmış 5 məhbusdan biri olan Remenis Nikolayeviçin sözlərinə görə, onlar meşədə gizlənən zaman kiçik bir daxma görüblər. Daxmaya baxmağa gedən 3 nəfər müəmmalı şəkildə yoxa çıxır. Qalan iki nəfər nə qədər gözləsələr də yoldaşlarından bir daha xəbər ala bilmirlər.

Nepal sərhədlərindəki dağlıq bölgənin 7000 metr yüksəkliyində yerləşən daha bir ərazi “Google Map”də müəmmalı bir şəkildə gizlədilir. Qeyd edək ki, ərazi gizli tədqiqatların aparılması üçün çox əlverişli görünür. 

Başqa bir müəmma iş adamı Aleksey Millerin evidir. Dünyada onlarla kral, dövlət başçısının evi göründüyü halda, Millerin evinin gizlədilməsi çox maraqlıdır. Xatırladırıq ki, Miller Rusiyadakı “Qazprom” enerji şirkətinin idarə heyətinin direktorudur.

Çilidəki Tantako qoruğu da sadəcə heyvanların yaşadığı meşəlik bir ərazi olmasına baxmayaraq, gizlədilir.  Əvvəllər bu ərazidə olmuş bəzi jurnalistlər bildirirlər ki, burada tarixdən əvvəl yaranmış bəzi simvollar var. Adi gəzinti vaxtı nəzərə çarpmayan rəmzlər  göydən baxan zaman aydın şəkildə görünür. Bu ərazinin üzərindən  təyyarələrin keçməyi də qadağandır. Buna səbəb kimi burada hava boşluğunun olması göstərilir.

Ən sərfəli kredit üçün müraciət et

“Google”da dumanlandırılmış daha bir ərazi Amerikada yerəşir. Ərazinin ətrafı elektrikli məftillərlə haşiyələnib. Yaxınlıqda yaşayan insanların dediklərinə görə, buradan zaman-zaman ildırım səsinə bənzər vahiməli səslər gəlir.

Mazda yarış ərazisi də xəritədə olduğundan daha fərqli göstərilir. 2006-2010-cu illər ərzində buranın işçisi olmuş Devid Rassl internetdə bu ərazi haqqında belə bir şərh yazmışdı: “Oturacaqların altında haraya çıxdığı məlum olmayan labirint mövcuddur. Labirintin bir çox qapısından müdirlərin də keçməsinə icazə verilmir. Ard-arda düzülmüş hər qapının öz şifrəsi var. Bu, doğrudan da çox maraqlıdır.”

Və nəhayət, Şimali Koreya Respublikasının demək olar ki, bütün ərazisi “Google”da yaşıllıq bir sahə kimi əks olunur. Bəzi kənd təsərrüfatı ərazilərindəki kiçik tikililərdən başqa heç bir ev və ya bina xəritədə görünmür. Nəzərinizə çatdırırıq ki, Koreya adətən turist qəbul etmir. Dövlət tərəfindən rəsmi icazəsi olmayan heç kim burada şəkil çəkib paylaşa bilməz. Demək olar ki, heç bir koreyalının da internetə çıxışı yoxdur. Bütün dünyaya maraqlı olan bu sirlərin nə vaxtsa açılıb-açılmayacağının özü də sirr olaraq qalır.

Ted.az