"Google" DNT-də xəstəlik törədən genlərin aşkarlanmasını sürətləndirəcək | Banco.az

"Google" DNT-də xəstəlik törədən genlərin aşkarlanmasını sürətləndirəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Google" şirkət DNT-də xəstəlik törədən genlərin aşkarlanmasını sürətləndirməyə hazırlaşır.

Banco.az xəbər verir ki, “Google”un süni intellekt proqramları hazırlayan “DeepMind” şirkəti süni intellektdən istifadə edərək insan DNT-sində xəstəlik törədən genlərin aşkarlanmasını sürətləndirir.

Bildirilib ki, istifadə edilən süni intellekt proqramı DNT-dəki dəyişiklikləri müəyyən edə bilir.

“AlphaMissense” adlı yeni sistem insan DNT zəncirlərindəki komponentlərin sırasına nəzarət etməklə işləyir. Nizami düzülüşdəki səhv bədən hüceyrələrinin və toxumalarının düzgün istehsal olunmadığını göstərir ki, bu da xəstəliyə səbəb ola bilər.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edilib ki, yeni sistemlə DNT-dəki bütün vacib mutasiyaların 89 faizini artıq müəyyən ediblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et