Son dövrlərdə bank sektorunun inkişafı bu sahəyə olan karyera axınını daha da gücləndirib. Beləliklə bankda işləyənlərin sayı hər ötən gün durmadan artır. Statistikaya əsasən ötən il ərzində bu göstərici 8-9% artım müşahidə olunub. Nəticədə bank işçilərinin sayı 19 mini keçib. Bəs görəsən bankda öz karyerasını başlamaq və davam etdirmək istəyənlər arasında hansı bank üstünlük təşkil edir? Bu suala sosial şəbəkələrdə keçirdiyimiz sorğu ilə cavab tapmağa çalışdıq. Sorğuda iştirak edən 490 nəfərdən dördə biri Kapital Bankı qeyd edib. İşirakçılar arasında 18% isə PAŞA Bankı seçiblər. Nəticələrlə ətraflı cədvəldən tanış ola bilərsiniz.
Həmçinin bax:
İnfoqrafik: Tahir Əsgərli
Banklar |
İşləmək istəyənlər (faizlə) |
Kapital Bank |
24% |
Paşa Bank |
18% |
Beynəlxalq Bank |
12% |
Expressbank |
10% |
AccessBank |
6% |
Bank of Baku |
6% |
Bank Respublika |
6% |
AGBank |
2% |
AtaBank |
2% |
Azər Türk Bank |
2% |
Nikoil Bank |
2% |
Rabitəbank |
2% |
Unibank |
2% |
Xalq Bank |
2% |
Yapı Kredi Bank |
2% |
Tərlan Qəhrəmanova, Banco.az