"Foxconn" Hindistana 1,5 milyard dollar sərmayə yatıracaq | Banco.az

"Foxconn" Hindistana 1,5 milyard dollar sərmayə yatıracaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Foxconn” Hindistana 1,5 milyard dollar sərmayə qoyuluşuna hazırlaşır.

Banco.az xəbər verir ki, “Apple” firmasının təchizatçısı “Foxconn” "əməliyyat ehtiyaclarını" ödəmək üçün Hindistana 1,5 milyard dollardan çox sərmayə qoymağı planlaşdırdığını söyləyib.

Qiymətli kağızlarla bağlı müraciətlərdən və Hindistanın korporativ qeydlərindən birinə görə, 1,541 milyard dollarlıq investisiya “Foxconn”un 2015-ci ildən etibarən Hindistanın Maharaştra əyalətində qeydiyyatdan keçmiş törəmə şirkəti “Hon Hai Technology India Mega Development” vasitəsilə həyata keçirilib.

Həmin anda edilən digər bir müraciətdə deyilir ki, eyni törəmə müəssisə "əməliyyat ehtiyaclarını" ödəmək məqsədilə tikinti layihəsi üçün Hindistan rupisi ilə ekvivalent məbləğdə büdcə ayıracaq.

Xatırladaq ki, “Foxconn” “Apple” firmasının əsas təchizatçısıdır və materik Çində əhəmiyyətli əməliyyatlara rəhbərlik edir. Bu yeni investisuya qoyuluşu isə “Foxconn”un Hindistandakı 19,5 milyard dollarlıq çip istehsalı müştərək müəssisəsindən “qarşılıqlı razılaşma” əsasında çıxmasından bir neçə ay sonraya təsadüf edir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram