Filial şəbəkəsi - Bankların müştərilərə təqdim etdiyi xidmətlərin daha əlçatan olması baxımından olduqca əhəmiyyətli meyardır. Düzdür, filial sayının çoxluğu hələ xidmət keyfiyyətinin yüksəkliyinə dəlalət etmir. Filialların sayı kimi, ən vacib nüans işçi heyətinin peşəkarlığı, bank səriştəsi, personalın daima gülərüz olması və müştərini həqiqətən məmnun sala bilməsidir ki, bu zaman həm təklif olunan məhsul və xidmətlərin dəyəri, həm də onların keyfiyyəti mühüm rol oynayır.
Amma hamı istər ki, xidmət olunduğu bank filialı onun iş yerinə və ya yaşadığı yerə daha yaxın olsun. Lakin, onlayn bankçılığın və qabaqcıl texnologiyaların - ödəniş terminalları, “cash in” cihazları və müasir ATM-lərin inkişafı ilə şəhərlərdə bank filiallarının sıxlığına ehtiyac azalır. Lakin regionlardakı əhali hələ də maliyyə xidmətləri ilə yetərincə təmin olunmayıb.
Bununla yanaşı bankların öz filial şəbəkəsini genişləndirməsinə rəğmən ölkədə məcmu kapital tələbəni yerinə yetirə bilməyən banklar vardır ki, onların bağlanma ehtimalı hələ də aktualdır və bu da bank filiallarının sayında özünü mənfi cəhətdən göstərə bilər. Məsələn 2012-cü ildə iflas edən RoyalBank-ın kifayət qədər geniş filial şəbəkəsi var idi, hətta bu filiallardan bir neçə 24 saat müştərilərə xidmət göstərirdi. Beləliklə bir tərəfdən banklar filial şəbəkəsini genişləndirməyə çalışdığı halda, digər tərəfdən bəzi bankların sıradan çıxma ehtimalı filialların ümumi sayında təsirsiz ötüşməyəcək.
Sizi hal-hazırda Azərbaycanda fəaliyyət göstərən bankların filial şəbəkəsinin həcmi ilə tanış etmək istərdik.
Cədvəldə bankların Baş ofisləri nəzərə alınmamış, yalnız filial, şöbə və nümayəndəliklərin sayı əsas götürülmüşdür.
Bu sırada ilk pillədə Kapital Bank, daha sonra Beynəlxalq və Zamin Bank (filial və şöbələrin birlikdə sayına görə) gəlir. Əgər bank şöbələrini deyil, təkcə filial sayını əsas götürsək, onda bu sırada AccessBank yalnız Kapital Bankdan geri qalaraq, 2-ci pillədə yer alır.
Sıra |
Bankın adı |
Filial şəbəkəsi |
Şöbə və nümayəndəlik |
Toplam |
||||
Cəm |
Bakı |
Regionlar |
Cəm |
Bakı |
Regionlar |
|||
1 |
Kapital Bank |
91 |
23 |
68 |
28 |
26 |
2 |
119 |
2 |
Beynəlxalq Bank |
36 |
15 |
21 |
42 |
13 |
29 |
78 |
3 |
Zamin Bank |
38 |
20 |
18 |
18 |
9 |
8 |
56 |
4 |
Bank Technique |
32 |
19 |
13 |
16 |
9 |
7 |
48 |
5 |
AccessBank |
40 |
15 |
25 |
40 |
|||
6 |
Muğan Bank |
33 |
23 |
10 |
7 |
2 |
5 |
40 |
7 |
Bank Respublika |
33 |
11 |
22 |
2 |
2 |
35 |
|
8 |
Unibank |
34 |
21 |
13 |
34 |
|||
9 |
Dəmir Bank |
32 |
13 |
19 |
32 |
|||
10 |
Xalq Bank |
23 |
5 |
18 |
23 |
|||
11 |
Bank of Baku |
23 |
15 |
8 |
23 |
|||
12 |
AG Bank |
23 |
16 |
7 |
23 |
|||
13 |
Amrah Bank |
21 |
13 |
8 |
1 |
1 |
22 |
|
14 |
Rabitə Bank |
20 |
7 |
13 |
2 |
2 |
22 |
|
15 |
Ata Bank |
19 |
10 |
9 |
2 |
1 |
1 |
21 |
16 |
Nikoil Bank |
18 |
13 |
5 |
18 |
|||
17 |
Para Bank |
17 |
8 |
9 |
17 |
|||
18 |
KredoBank |
15 |
6 |
9 |
15 |
|||
19 |
Bank of Azerbaijan |
15 |
8 |
7 |
15 |
|||
20 |
Yapı Kredi |
13 |
11 |
2 |
2 |
2 |
15 |
|
21 |
Atra Bank |
13 |
10 |
3 |
2 |
2 |
15 |
|
22 |
Ekspress Bank |
14 |
6 |
8 |
14 |
|||
23 |
Bank Standard |
13 |
10 |
3 |
13 |
|||
24 |
Turan Bank |
12 |
6 |
6 |
1 |
1 |
13 |
|
25 |
AFB Bank |
9 |
6 |
3 |
4 |
3 |
1 |
13 |
26 |
NBC Bank |
11 |
7 |
4 |
11 |
|||
27 |
Bank BTB |
10 |
10 |
10 |
||||
28 |
ASB Bank |
9 |
5 |
4 |
1 |
1 |
10 |
|
29 |
Deka Bank |
7 |
5 |
2 |
2 |
2 |
9 |
|
30 |
Bank Silk Way |
5 |
3 |
2 |
1 |
1 |
6 |
|
31 |
United Credit Bank |
5 |
3 |
2 |
5 |
|||
32 |
Gəncə bank |
3 |
3 |
2 |
1 |
1 |
5 |
|
33 |
VTB Bank |
4 |
4 |
4 |
||||
34 |
Azər Türk bank |
4 |
2 |
2 |
4 |
|||
35 |
Paşa Bank |
3 |
3 |
3 |
||||
36 |
Qafqaz İnkişaf Bankı |
3 |
1 |
2 |
3 |
|||
37 |
Bank Avrasiya |
1 |
1 |
1 |
||||
38 |
Naxçıvan Bank |
1 |
1 |
1 |
||||
39 |
AzərKredit Bank |
1 |
1 |
1 |
||||
40 |
GünayBank |
Filial və şöbələri yoxdur |
||||||
41 |
Bank Milli İran |
|||||||
42 |
EuroBank |
Bankın filialı – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, banka icazə verilmiş bank fəaliyyətinin hamısını və ya bir hissəsini həyata keçirə bilən bankın ayrıca bölməsidir.
Bankın şöbəsi - hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, öhdəlikləri üçün bankın özünün məsuliyyət daşıdığı, onun respublika ərazisində depozitlər cəlb edən və/və ya köçürmə, hesablaşma-kassa əməliyyatları aparan ayrıca bölməsidir.
Bankın nümayəndəliyi – hüquqi şəxs olmayan, bankın olduğu yerdən kənarda yerləşən, bank fəaliyyəti ilə məşğul olmağa hüququ olmayan, yalnız onun mənafelərini təmsil və müdafiə edən bankın ayrıca bölməsidir
Könül Soltanova / Banco.az