Fevral ayında ABŞ yenidən "defolt təhlükəsi" ilə üzləşə bilər | Banco.az

Fevral ayında ABŞ yenidən "defolt təhlükəsi" ilə üzləşə bilər

Ölkənin Maliyyə naziri Ceykob Lyu bildirib ki, Konqress dövlət borcunun həddini artırmasa, ABŞ rəhbərliyi 2014-cü ilin fevral ayının sonuna qədər borc limitini bitirəcək.

Son bir neçə ildir ki, Konqressdə respublikaçıların nümayəndələri demokratları güzəştə getməyə məcbur etmək üçün dövlət borcunun həddinin artırılması məsələsindən istifadə edirdilər. Demokratlar isə borc həddinin artırılması üzrə məhdudiyyətlərin əlavə şərt və ya tədbirlərlə müşayiət olunmamasında təkid edirlər. Bununla yanaşı, demokratlar dövlət borcunun limitinin artırılmadığı təqdirdə defolt təhlükəsinin meydana gələcəyinə dair xəbərdarlıq edirlər.

Ən sərfəli kredit üçün müraciət et

Maliyyə nazirinin sözlərinə görə, hökumət maliyyə öhdəliklərinin yerinə yetirilməsində əvvəlki qədər çevik tədbirlər həyata keçirmir. Fevral ayında yüksək həcmdə vergilərin qaytarılması zərurəti bu hadisənin əsas səbəbi hesab olunur. Bununla əlaqədar, dövlətin ixtiayrında olan pul vəsaitlərinin həcmi məhdudlaşdırılacaq.

Banco.az/ Sevinc Ibadova