Fermerlərə subsidiya veriləcək | Banco.az

Fermerlərə subsidiya veriləcək

Kənd Təsərrüfatı Nazirliyindən məlumata görə, komissiyanın sədri, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin rəhbərliyi ilə kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50%-nin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının iclasını açıq elan edən İ.Quliyev qeyd edib ki, bu il kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində sərf olunan yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə yardımın verilməsi üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub.

Ən sərfəli kredit üçün müraciət et

Respublika Komissiyasına 58 rayon (şəhər) komissiyasından 2013-cü il dekabrın 1-nə istehsalçıların siyahıları və onlara hər hektar buğda və çəltik səpininə görə əlavə 40 manat hesabı ilə dövlət büdcəsinin vəsaiti hesabına veriləcək yardım haqqında məlumatlar daxil olub. 

Komissiya 58 rayon (şəhər) komissiyası üzrə 149 849 istehsalçıya çatacaq 20 153 483,20 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsullarının istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda 14 697 nəfər istehsalçıya 92 077,56 hektara görə 50% güzəştlə satılmış 14 760 826 ton mineral gübrə üçün 4 mln. 12 min manata qədər dövlət büdcəsi vəsaitinin onların hesabına ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə təqdim edilib.      

Mənbə: Apa.az