Fərdi sahibkar 98 mln. dollardan çox ixrac gəliri qazanıb | Banco.az

Fərdi sahibkar 98 mln. dollardan çox ixrac gəliri qazanıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

"İxrac icmalı"nın noyabr sayında qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-oktyabr aylarında həyata keçirilən ixracla bağlı qeyri-dövlət ixracatçı (özəl) subyektlərin reytinqi tərtib edilib.

Banco.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir ki, qeyri-neft məhsullarının ilk 10 özəl ixracatçısı siyahısında fiziki şəxs Şirinov Elvin Valeh oğlu bu dəfə də 1-ci olub.

Belə ki, o, bu dövrdə 98.4 milyon dollarlıq ixrac həyata keçirib. Bu da illik müqayisədə 64.7 milyon dollar (2.9 dəfə) çoxdur. Ötən ay da o, bu siyahıda 78.1 milyon dollarlıq ixracla 1-ci olub.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram