Fərdi sahibkalar Bank Respublika-dan yeni il hədiyyələrini özləri seçə biləcək! | Banco.az

Fərdi sahibkalar Bank Respublika-dan yeni il hədiyyələrini özləri seçə biləcək!

Yeni İl ərəfəsində dekabrın 31-dək Bank Respublika-dan yeni mikrokredit alan hər bir müştəriyə hədiyyə təqdim ediləcək . Ən əsası isə hər bir müştəri hədiyyəsini özü seçəcək.

“Seçim Sizindir” kampaniyası qarşıda gələn 2018-ci ilin biznes uğurlarının təməlini bu il qoymağa imkan verəcək.

Hədiyyə dedikdə  hər bir mikro-aqro kredit götürən müştəriyə aşağıdakı 3 növ güzəştdən biri təklif olunacaq:

  1. Komissiya xərcində endirim
  2. Kreditin illik faiz dərəcəsində endirim
  3. Faizsiz aylar.

Təklif olunduğu hər güzəşt imkanı hər bir biznes modelin ehtiyyaclarını və sahibkarların maraqlırını ödəyə biləcək.

Kreditin maksimal məbləği 30 000 manata çatdırılıb, illik faiz dərəcəsi isə 15%-dən başlayır. Kredit 24 ay müddətinədək verilir. Bankın istənilən filialına müraciət edərək həddiyəli mikrokreditdən faydalanmaq mümkündür.

Ən sərfəli kredit üçün müraciət et

Hər bir sahibkarın maraqlarını nəzərə alaraq, 6 aylıq güzəşt müddəti də təklif edilə bilər ki, kreditin ödənişi barədə həmin sahibkar işinə təkan verdikdən sonra  düşünsün. Həmçinin, müştərinin istəyi ilə və biznesin xüsusiyyətlərindən asılı olaraq sərbəst ödəniş qrafiki də təklif oluna bilər.

Bank Respublika-dan kredit almağın əsas üstünlükləri odur ki, kredit borclarını banka gəlmədən MilliÖn ödəniş terminalları üzərindən ödəmək mümkündür.


Bank Respublika-nın biznes sahəsində xidmət göstərməsinin başlıca hədəfi – hər bir sahibkar üçün faydalı maliyyə partnyoru olmaqdır.

Şərtlər haqqında daha ətraflı məlumat bankın saytında verilir.

Bank Respublika – 25 il işinizdə Faydalı